adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2019 14:28
12163
MƏMLƏKƏT

Jurnalist od püskürdü: “Belə ailəm olduğu üçün utanıram”

"Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçünsaxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailəeşitmişdiniz? Bu əhvalat təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığıpulu yığmaq üçün Əsli və məni aldatdı”.

Adalet.az xəbərverir ki, bu sözlər gənc jurnalist Nurlan Libreyə məxsusdur. O, bunları sosial media hesabında paylaşıb və ailəsindən imtina etdiyini söyləyib.

"Bu hadisəniictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınızüçündür. Ailəm ilk başda Əsli ilə izdivacıma qarşı idi. Onlara görə Əsli tərbiyəsizküçə qızı, bizim ailəmizə yaraşmayan fərd idi. Bunu mənə dedikləri zaman sakitcədediklərini qəbul edib, evdən birdəfəlik çıxdım. Bir həftəyə yaxın dost-tanışevində qaldıqdan sonra Əsli ilə kirayə evə köçdük, nikah üçün Asan Xidmətəmüraciət etdik. Bu dönəmdə Əslinin ailəsi Zərdabda toy etmək üçün bizdən xahişetdilər. İnanın toya bir manat belə xərc çəkmədim, hələ üstəlik toydan yığılanpulu artıqlamasıyla bizə verdilər ki, yeni ailəsiniz ehtiyaclarınız üçün xərcləyin.Anam isə Əslinin ayaqlarına düşdü ki, gəlinim yox, qızımsan, səni səhvtanımışıq. Toydan gələn gəlir də sizin olsun.

Ailəmin edəcəyi toyu istəmirdim. Bakıdakiçik bir banket düzəltməyə gücüm çatırdı. Bilirdim ki, ailəm toyu mənə görəyox, nəslin içində adları təmizə çıxsın deyə edir. El-aləm var, qohum-qonşu nədeyər axı?! Əslinin təklidləri ilə toya razı oldum. Toy gününə kimi hər şey normalidi. Toy günü əyləncəmizə imkan vermədilər, sanki toy qohumlar üçün imişkimi...

Bütün bunlardan sonra toydan imtina edərək,Əsli ilə taksiyə minib getmək istədim. Dostlarım mənə imkan vermədi. Güc-bəlatoyu başa vurduq. Elə ki, toy qurtardı. Evdə pulun sayılma vaxtı çatdı. Dünənəkimi ailəmin gəlinim dediyi qız birdən birə oldu küçə qızı. Qardaşım, atam,anam, qohumlarım üstümüzə hücum çəkib, bizi döyə döyə evdən qovdular, pərişanhalda evdən zorla qaçdıq”.

Cütlük bildirib ki, məsələilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsinə şikayət edib:

"Belə ailəm olduğu üçün utanıram. Mənəövladlarının səadətini pula satan, camaat nə deyər düşüncəsi ilə yaşayan ailəlazım deyil. Övladlarının şad gününü 50 qonağın 50-200 manat arasıyazdıracaqları pula görə bərbad edən mənə lazım deyil. Atam Qəhrəmanlı RamizYusif oğlundan, anam Qəhrəmanlı Zenfira Heydər qızından, Qardaşım Qəhrəmanlı XəyalRamiz oğlundan imtina edirəm”.

Əntiqə Rəşid