adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Sentyabr 2019 13:02
13393
GÜNDƏM

Jurnalist Ekspert Mərkəzi KİV üçün məlumat kitabçası hazırlayır

AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM)"Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin birinci mərhələsinibaşa çatdırıb.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, iyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunacaq layihənin ilkmərhələsində tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış,saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti,müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftəninşənbə günü "525-ci qəzet”də dərc olunub.

Nəzərdətutulan 10 məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya vəEtnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindənhazırlanıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabçanın nəşr edilərək KİVorqanlarına hədiyyə edilməsi planlaşdırılır.

Layihərəhbəri, JEM sədri Ceyhun Musaoğlu layihənin mahiyyəti barədə danışarkənbildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində indiyə qədərçoxsaylı materiallar dərc olunub, onların mədəni irsi haqqında məlumatlar müxtəlifmənbələrdə əksini tapıb: "Belə materialları kitabxanalarda və internetresurslarında tapmaq mümkündür. Həmin nəşrlərdə əksini tapan yazılar daha genişməzmunludur. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsindəkonkret, lakonik, eyni zamanda, həmin xalqın bütöv obrazını yarada biləcək yazıaxtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan probleminhəlli, təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlaralazım olan faktların əlçatan olmasını arzulayırlar. Həmin faktların həm də sadəüslubda bir məlumat kitabçasında toplanmasına ehtiyac var idi”.

JEMsədri bu ehtiyacı düzgün qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdiklərinivurğulayıb: "Layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycandayaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqamətiüzrə qalib olub. Qiymətləndirənlərə və nəticədə dəstək verənlərə dərin təşəkküredirik. JEM on ilə yaxındır ki, Şura ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsindəcəmiyyətin inkişafına xidmət etməyə çalışmışıq. Xüsusən jurnalistikada peşəkarlığınartırılması artırılması və həmkarlarımızın fəaliyyyəti istiqmətində qarşıyaçıxan maneələrin aradan qaldırılması ali məqsədimizdir. "Azərbaycanda yaşayanxalqları yaxından tanıyaq” layihəsi də bu məqsədə xidmət edir”.

C.Musaoğlusonda onu da bildirib ki, layihənin uğurlu icrasında Şuranın brendi olan SƏLİSXidmət portalının rolu çox böyükdür: "SƏLİS” vasitəsi ilə icra olunan layihəninsəlis şəkildə həyata keçirilməsi qaçılmaz reallığaçevrilib”.