adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 May 2018 10:29
77155
MÜSAHİBƏ

Jan Valjan "Ədalət"də - MÜSAHİBƏ

Azərbaycanıntanınmış aktyorlarından Faiq Mirzəyevlə onun yeni çəkildiyi, adını gizlisaxladığı filmdən söhbət etdik. O, dünya ədəbiyyatının böyük əsərlərindən biriolan "Səfillər”in ən mürəkkəb obrazı, qəhrəmanı Jan Valjan obrazınıcanlandırıb. Bu obraza film müstəvisində can verən xarici aktyorlar çox olub.Amma Azərbaycandan ilk dəfə bu obraza Faiq Mirzəyev həyat verib.

Adalet.aztanınmış aktyor Faiq Mirzəyevlə müsahibəni təqdim edir.


- Bu yaxınlarda Jan Valjan obrazınıcanlandırdınız. Dünya kinosunda bu cür obrazı məşhur akyorlar da canlandırıb.İlk dəfə Azərbaycanlı aktyor bu obraza can verdi. Bildiyimiz qədər filminrejissoru koreyalı Vladimir Mundur. Belə bir təklif gözləyirdinizmi?

- Bu təklifi gözləmirdim. Bilirsinizki, Azərbaycanda belə əsərlərə müraciət olunması, dünya ədəbiyyatının klassiknümunələrinin ekranlaşdırılması hadisəsi olmayıb. Çəkmişik amma öz tarixi filmlərimizolub. Sözün düzü, məni təəccübləndirən, filmin kastinqinə dəvət ediləndə, sınaqçəkilişləri oldu. Mənə iki obrazı oynamağı təklif etdilər. Biri Leonardo DaVinçi, digəri isə Jan Valjan obrazı. Hər iki obraz da mənim üçün maraqlı idi.Ancaq ürəyimə daha yaxın idi deyə Jan Valjanı arzuladım. Çünki, ədəbiyyatı sevən,mütaliəni sevən bir adam kimi, orta məktəb illərindən "Səfillər”i oxumuşdum.Sonralar filminə baxmışam. Bu Jan Valjan nəsə ürəyimə, içimə kök salıboturmuşdu. Həyatın hər bir anında, hər bir yerində bu situasiyada, bu məqamda –"JanValjan necə hərəkət edərdi”, -deyə öz-özümdən soruşardım. İndi belə gətirdi ki,mənim istədiyim kimi də oldu. Leonardo Da Vinçi yox Jan Valjan obrazınıoynadım.

-İstehsalhansı ölkənindi?

- Azərbaycanın.

- Filmin adı necə idi?

- Hələ ki, açıqlamağa icazə yoxdur.Tamaşaçıları intizarda saxlayırlar.

-Niyə koreyalı rejissor?

- Mənim özüm üçün də sualaltındadır. Çoxları bunu başa düşüb ki, bizdə "Səfillər” əsəri çəkilir, özü dəxaricdə çəkilir. Koreyalı rejissorun Azərbaycanda çəkdiyi bu film bədii sənədlifilmdi. Bizim bir həmvətənlimizin həyat və yaradıcılığından bəhs edən filmdi. Vəbu ssenaridə göstərilib ki, həmin insan da sən demə, Jan Valjan kimi yaşamağaçalışırmış. Nə qədər doğrudur, gərçəkdir, bilmirəm. O, öz övladlarına, nəvələrinədə həmişə aşılayır ki, belə ədəbi personaj var. Çalışın onun kimi yaşayın, onunkimi xeyirxah olun, əməlləriniz onun kimi olsun.


-Filmkinostudiyanındır?

- Xeyr, özəl işdir.

-Rejissorun filmə münasibəti necə idi?

- Sözün düzü, Azərbaycanda deməkolar ki bu stilistika ilə ilk dəfə çəkilişdə rastlaşdım. Filmin bütün səhnələriyaşıl fonda, yəni xromakeydə çəkilib.

- Əsərin ən dinamik, ən mürəkkəbobrazıdı Jan Valjan. Film çəkilişlərində hansı çətinliklər yaşadınız?

- O mənada çətin idi ki, bu obrazı Jan Qaben, Jerar Depardye, Liam Nisnokimi əjdaha aktyorlar oynayıb. Dediyim kimi bu obraz mənim içimə hopub.

-Çəkilişlərneçə ay davam etdi?

-Ay olmadı, gün oldu. Çünki bu filmbaşdan-ayağa "Səfillər” deyil. Orada Kozettayla olan səhnələrim çəkildi.Kozettanı xilas edib qaçıram. Yeri gəlmişkən demək istyəyirəm ki, hər birfilmin, hər bir ekran əsərinin uğurunun 99 faizi düzgün aktyor seçimindən asılıolur. Mən gördüm ki, koreyalı rejissor Mun bu işin mahir ustasıdır. Kozettaobrazını canlandıran qızı Qaxın hansısa ucqar kəndindən tapıb gətiriblər. Bizdəbu cür axtarışlar son dövürlərdə olmayıb. Çəkilişlərdə qıza fikir verdim, artıqməndə bir inam yarandı ki, işimiz tutacaq, alınacaq. Deməli rejissor bunu əvvəlcədənhiss edib. Elə bil, uşağın üzündə iztirablar, zülmlər əksini tapmışdı. Eynən əsərdəkikimi.

Bir də onu vurğulayım, mənim işprinsipim elədi ki, ikinci, üçüncü, dördüncü, beşinci, otuzuncu dublları sevmirəm.Birinci, ikinci dubllarda alınırsa alınır. Sonrakı dubllar istəsən də birinci,ikinci dubulların effetkini vermir. Mən hazır gedirəm çəkilişə.


-"Addım”, "Yumurta”, "Qanlı Yanvar” kimifilmlərdə rol almısınız. Yeni çəkildiyiniz fim bu filmləri kölgədə qoyacaqmı?

- Mən həmişə tamaşaçıya inanıram.Son sözü həmişə o deyir. Əvvəlcədən heç nə deyə bilmərəm.

-Jan Valjan obrazının hansı cəhətlərisizə yaxındı ki, bu sizin rolunuzu daha da asanlaşdırır?

-Səfillər bəşəri, humanist əsərdi.Biz nə qədər çalışsaq da, istəsək də onun kimi olaq, o mübarizəyə qatlaşaq, oyükün altına girək, çətindir. Jan Valjanın qarşılaşdığı situasiyalardan bizkeçməmişik. Şəxsən mən elə bir məqama düşsəm, onun kimi hərəkət edəcəm. Səfillərəsərinin məni ən tərpədən yerlərindən biri, əsərin əvvəlindəki Jan Valjanın rahibinevindən gümüş şamdanlar oğurlamağı, polis gələndə rahibin onu satmamasdır. BeləlikləJan Valjanda vicdan hissi oyanır. Həmişə fikirləşirəm ki, bizim yolumuzun üstünə niyə elə rahiblər çıxmır.Bizi qəflət yuxusundan oyatsın, təkan versin. Mənim 53 yaşım var, amma hələ eləinsanlar qabağıma çıxmayıb ki, mənə həyatda istiqamət versin. Orta məktəb illərindənbaşlayaraq parta yoldaşın, adını yaza bilməyən biri haralara ucaldı. Belə məqamdasınırsan. İdeal baxdığın müəllimin əksi olur. İlk dəfə sındığım orta məktəbdəolub. Ədəbiyyat müəllimimizə heyrətlə baxırdım. Ədəbiyyatı sevdiyimdən onun əsərlərinqəhrəmanlarından ürək dolusu, ağız dolusu danışmağı məni heyrətə gətirərdi. Günlərinbirində isə görəndə ki, adını yaza bilməyən uşağa 5, mənə 4 yazıb, həmin an həyatdan,insanlardan qırıldım.


-Elə olubmu ki, sizə yox başqa biriniərol veriblər və siz uğursuzluğa uğramısınız?

-Dəfələrlə.Çox olub. 

-Son olaraq film gözləyən tamaşaçılara hansı ürək sözlərinizi, deyirsiniz,hansı mesajı ötürürsüz?

-Siz sağolun ki, belə bir şərait yaratmısınız, sizin vasitənizlətamaşaçılara sözümüzü demək imkanımız var. Bir ziyalı kimi, həmvətən kimi,aktyor kimi demək istəyirəm ki, bir az zövqlərini kökləsinlər, daha sanballıfilmlər izləsinlər. Elə sizin qəzetin müxbirlərindən biri sual verdi ki, bizimfilmlər niyə dünya arenasına çıxa bilmir? Vallah dünyaya bizim məhəllə söhbətlərimaraqlı deyil. Bəşəri ideyalar, dünyanı maraqlandıran mövzularla dünyaarenasına çıxmaq olar. Vladimir Mun bizim aktyorlara valeh olub. Filmin çəkilişindəbir dənə də "bezdarnı” aktyor görmədim. Hər biri ilə nəsə eləmək olar. Dünyamiqyaslı aktyorlarınız var deyir.


Söhbətləşdi: OğuzAyvaz