adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyun 2017 14:54
3355
GÜNDƏM

İyunun 23-ü “Formula-1” başlayır

Bakı şəhərində sonillər çox möhtəşəm və tarixə çevrilən idman yarışları təşkil edilir. Təbii ki, evsahibi kimi bu idman yarışlarını ölkəmiz həmişə bir qayda olaraq yüksək səviyyədəhəyata keçirib. Aydındır ki, bu cür mötəbər yarışların ölkəmizdə keçirilməsi dövlətimizinbeynəlxalq aləmdə nüfuzunu daha da gücləndirir, onun nə dərəcədə demokratik, hüquqibir dövlət olduğunu bir daha təsdiq edir.

Əlbəttə, bu yarışlarzamanı ölkəmizə xarici məmləkətlərdən idmançılarla yanaşı, turistlər də təşrif buyururlar.Onlar öz gözləriylə görürlər ki, Azərbaycan nə qədər demokratik və hüquqi bir dövlətdir.Üstəlik də bütün dövlətlərə qarşı burda çox böyük sevgi və diqqət var.

Artıq növbəti birmötəbər idman yarışı bu günlərdə start götürür. «Formula-1» yarışının keçirilməsiüçün Bakı şəhərində hər şey yüksək səviyyədə təşkil edilib, iştirakçılar üçün çoxunikal bir şərait yaradılıb. Belə şəraitin mövcud olması aydındır ki, beynəlxalqidman təşkilatlarında ölkəmiz haqqında xoş fikirlər yaratmağa səbəb olur. Bu yarışlarınkeçirilməsi zamanı yol hərəkəti qaydalarının yüksək səviyyədə təşkil edilməsi dəbir qayda olaraq diqqət mərkəzində saxlanılır. Çünki Bakı şəhərində keçirilən buyarışlar zamanı bir çox prospektlərdə və küçələrdə nəqliyyat vasitələrinin hərəkətiməhdudlaşdırılır.

Bununla bağlı BakıŞəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov «Ədalət»əverdiyi açıqlamada bildirir ki, hələ yarışlara 10-15 gün qalmış biz əhalinin vəsürücülərin maarifləndirilməsi üçün böyük təbliğat işləri aparmışıq. Bu məqsədləmüxtəlif televiziya kanallarında, mətbuatda və saytlarda informasiyalar yaymışıq.Bir daha bildirmişik ki, yarışlar keçirilən zaman hansı küçələrdə və prospektlərdəhərəkət məhdudlaşdırılacaq və ora nəqliyyat vasitələrinin gəlişi müvəqqəti olaraqdayandırılacaqdır.

Təbii ki, apardığımıztəbliğat işləri öz müsbət effektini və nəticəsini verməkdədir. Belə ki, öncədənxəbər verdiyimiz küçə və prospektlərdə bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədəhəyata keçirilib. Bu məqsədlə Bakı Şəhər Dövldət Yol Polisi İdarəsinin rəisi, polispolkovniki hörmətli Nuşirəvan Səfərov bütün əməkdaşlara və bu işə məsul olan şəxsələrəöz tapşırıqlarını, tövsiyələrin verib. Onu da qeyd edim ki, yol polisi həmin yarışlarınkeçirildiyi vaxtda digər zamanlarda olduğu kimi, gücləndirilmiş iş rejimində çalışacaq.Yarışlar keçirilən zaman bütün əməkdaşlarımız yol hərəkəti qaydalarının qorunmasıvə təmin edilməsi üçün sutkanın 24 saatı ərzində operativ xidmət aparacaqlar. Eynizamanda ayrı-ayrı tağımların üzərinə daha yüksək məsuliyyət hissi düşür. Onlar idmançıları hotellərə apararkən avtobuslarda olaninsanların təhlükəsizliyini qorumaqla yanaşı, mənzilbaşına sağ-salamat çatmalarıüçün bütün tədbirləri həyata keçirəcəkdir. Mən fürsətdən istifadə edib bir dahaBakı sakinlərinə və şəhərimizə qonaq gəlmiş insanlara demək istəyirəm ki, yarışlarınkeçirildiyi günlərdə müxtəlif nəqliyyat vasitələrilə hərəkətin məhdudlaşdırıldığıküçə və prospektlərə gəlməyə çalışmasınlar. Sadəcə olaraq, yol polisinin tövsiyələrinivə tapşırıqlarını hər bir sürücü diqqətlə dinləməli və onu yerinə yetirməlidir.Əks təqdirdə, yol hərəkəti qaydalarını pozan hər bir sürücü haqqında qanunla nəzərdətutulmuş tədbirlərin görülməsi diqqət mərkəzində olacaqdır.

Sonda bir daha polispolkovniki Vaqif Əsədov bildirdi ki, son vaxtlar Bakı şəhərində hərəkətin təhlükəsizliyiyüksək səviyyədə təmin edilib. Belə ki, ağır yol nəqliyyat hadisələrinin sayı aşağıenib, ölüm və xəsarətalma halları azalıb. Bu da onunla bağlıdır ki, davamlı olaraqBakı Şəhəri Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarının və sürücülərin təhlükəsizliyiüçün reydlər keçirir, yoxlamalar aparır, müəssisə və təşkilatlarda vətəndaşlarlamaarifləndirici söhbətlər eləyirlər. Deməli, hadisələrin qarşısının alınmasındanə qədər yol polisinin üzərinə böyük yük düşürsə, bir o qədər də sürücülərin vəhərəkət iştirakçılarının məsuliyyəti var. Hər ikisi qanunlara əməl eləyəndə istər-istəməzbaş verən qəzalar azalır, ölüm və xəsarətalma halları aşağı enir. Deməli, hər şeybizim özümüzdən asılıdır. Bizim hər birimiz yol hərəkəti qaydasına əməl ediriksə,deməli eyni zamanda təhlükəsizliyimizi qorumuş oluruq.


Faiq QİSMƏTOĞLU