İTLƏRİN HÜQUQLARINI QORUYURLAR, AMMA İNSANLARIN YOX
Bizdə hələ canavarların da hüquqlarını qoruyurlar. Canavarlar kəndə hücum edir, mal-qaranı tələf edir, əhaliyə xeyli ziyan vurur, amma vurub öldürsən səni cərimələyirlər. Canavarların hüququnu qoruyanlar bəs qoyunların hüquqlarını niyə qorumur?
İndi Bakının kəndlərini, qəsəbələrini, Xırdalanı, Müşfiqabadı sahibsiz itlər işğal ediblər, quyruqlarını oynada-oynada fors atır, adamlara , xüsusilə də cocuqlara hücum edir. Hətta bu yaxınlarda bir cocuğu parçalamışdılar, həkimlərin də gücü çatmadı, cocuq dünyasını dəyişdi.
Ara-sıra kimlərsə bu sahibsiz itləri güllələyir, itlərin hüquqlarını qoruyan QHT-lər də bir vay-şivən qaldırır ki, səsləri az qala gedib Avropaya çatır.
Bu qədər itləri sığınacaqlarda saxlamaq və onları yedirtmək nə qədər vəsait tələb edir. İtlərə çəkilən xərcləri elə cocuqlara sərf etmək olar.
Belə də şey olar, az qala itlərin balaları adam balasından qiymətli olub.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35


Bakı -°C

