"İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq" - Əli Nağıyev
Azərbaycan tərəfi azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif edib.
Adalet.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.
O bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyən etməyib:
"Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq. Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır".
Digər Xəbərlər
07 Oktyabr 2026 10:57
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib
07 Oktyabr 2026 09:57
DTX rəisi: Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir
06 Oktyabr 2026 22:17
Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib
06 Oktyabr 2026 21:05
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama
06 Oktyabr 2026 17:32
Fazil Məmmədov nazir müavini oldu
06 Oktyabr 2026 17:19
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
06 Oktyabr 2026 16:20
"Azərsun Holdinq" Təmizlik Kağızları Fabrikinə mediatur keçirib - FOTOLAR
06 Oktyabr 2026 15:39


Bakı -°C

