İtaliyada süni ət qadağası
Çərşənbə axşamı günü axşam saatlarında baş nazir Meloni başçılığında toplanan nazirlər şurası müxtəlif mövzularda mühüm qərarlar qəbul edib. Müvafiq olaraq, nazirlər şurası süni ət də daxil olmaqla, sintetik qida və yem istehsalı və satışını qadağan edən qanun layihəsini qəbul edib.
Hökumət qanun layihəsinin qanuna çevrilməsi üçün parlamentin aşağı və yuxarı palatasının təsdiqini gözləyəcək.
Kənd Təsərrüfatı Naziri Françesko Lollobrigid, Nazirlər Kabinetinin iclasından sonra təşkil edilən mətbuat konfransında, “Zənginlərin yaxşı yediyi, kasıbların isə yemədiyi bir cəmiyyətdə sintetik qida ilə sosial ədalətsizlik riski var“- deyə bildirib.
Səhiyyə naziri Orazi Schillaci hazırladıqları qanun layihəsini müdafiə edərək, "Bu gün sintetik qidaların təsiri ilə bağlı elmi araşdırma olmadığı üçün bu ehtiyat qanunudur" - deyib..
Schillaci, bu qanun layihəsi ilə vətəndaşlarının sağlamlığını ən yüksək səviyyədə qoruduqlarını və Aralıq dənizi pəhrizinə əsaslanan qida-kənd təsərrüfatı mədəniyyətini qoruduqlarını ifadə edib.
Hökumətin təsdiq üçün parlamentə təqdim edəcəyi qanun layihəsi qanuna çevrilərsə, qanunvericiliyi pozanların 60 min avroya qədər cərimələnəcəyi nəzərdə tutulur.
Nazirlər Şurası həmçinin ailələri və biznesləri yüksək enerji ödənişlərindən qorumaq üçün 4,9 milyard avro ayrılmasını təsdiqləyib.
Eminquey
Digər Xəbərlər
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35


Bakı -°C

