İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti yaranır
İtaliyada yaşayan məşhur Türk jurnalisti Dündar Keşaplı, Azərbaycanlı ictimai fəal Rəşad Qurbanov iki ölkə arasında əlaqələri gücləndirmək üçün İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyətini yaradıblar. Cəmiyyətin media məsələləri üzrə koordinatoru Elnur Eltürk təyin olunub.Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb. Dündar Keşaplı yeni yaranan cəmiyyətlə bağlı bunları bildirdi:"Azərbaycan və İtaliyada yaşayan dostlarımızdan tez-tez belə fikirlər alırdıq ki, iki ölkə arasında əlaqələri daha da yaxınlaşdırmaq və gücləndirmək məqsədi ilə belə bir cəmiyyətin yaranmasına böyük ehtiyac var. Bizdə Rəşad Qurbanovla belə cəmiyyətin yaranmasına qərar verdik. Düşünürəm ki, qazandığımız təcrübə əlaqələrimizin güclənməsinə fayda verər.Xüsusilə, qarşılıqlı idman, mədəniyyət, film, moda və sair istiqamətlərdə fəaliyyətlər həyata keçiriləcək. Eyni zamanda, fəaliyyətimizli fərqli mədəniyyətlərə qarşı çıxanlara mesaj vermək istəyirik ki, mədəniyyət böyük yaxınlaşmanı təmin edir”,-deyə cəmiyyət sədri əlavə edib.Onu da qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir. Cəmiyyətin 2015-ci il 6 may tarixində Bakıda təqdimat mərasimi keçiriləcək.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19