İtaliya Senatının sədri Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Digər Xəbərlər
02 May 2024 12:09
Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
02 May 2024 11:22Ərşad Hüseynov: “Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir”
02 May 2024 11:19Düşmənçiliyi körükləyən dindar:"Mübarizə edək, Artsax, Voskepar, Krants bizimdir"
02 May 2024 11:17