İstirahət gününün havası - Yağış, qar
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27