"İstefa vermək barədə düşünmürəm" - Fernandu Santuş
"İlk hissədə top rəqibdə olsa da, komandam yaxşı müdafiə oluna bildi. Əks-hücumlara keçməyə çalışırdıq. Amma rəqibi topa çox sahib olduğu üçün çətinlik yaranırdı".
Adalet.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis fasilədə futbolçulara müəyyən tapşırıqlar verdiyini, lakin ikinci qolu buraxdıqdan sonra komandanın konsentrasiyanı itirdiyini bildirib: "Çox çalışsaq da, vəziyyəti düzəldə bilmədik".
O, istefa vermək barədə düşünmədiyini vurğulayıb: "Çünki AFFA ilə müqaviləm var. Buna əsasən işimi görürəm. Müqavilə şərtlərinə hörmət edirəm".
F.Santuş oyunun gedişində sistem dəyişikliyi etməyə çalışdığını əlavə edib: "Təəssüf ki, istədiyimiz alınmadı. Bu, tək mənim deyil, hər kəsin məsuliyyətidir. AFFA istəsə, mənimlə bu barədə danışar, məsələni həll edərik".
"Dediyim kimi, komanda ilk hissədə yaxşı müdafiə olundu. Sadəcə, ikinci qoldan sonra komanda ruhdan düşdü. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edərik. Məğlubiyyətə görə hamımız məsuliyyət daşıyırıq. AFFA düşünsə ki, Fernandu Santuş işə yaramır, bu barədə mənimlə danışar", - deyə yığmanın məşqçisi söyləyib.
Digər Xəbərlər
09 Oktyabr 2026 23:54
“Qalatasaray” üç xalı 3 qolla qazandı
09 Oktyabr 2026 14:20
Azər Əliyev və Anar Bağırov Xorvatiyadakı Olimpiya Həmrəyliyi Forumunda
09 Oktyabr 2026 10:37
“Neftçi” “Sabah”a, “Araz-Naxçıvan” “Kəpəz”ə qarşı
08 Oktyabr 2026 23:29
Parataekvondoçumuz Paris Qran-Prisində gümüş medal qazandı
08 Oktyabr 2026 19:07
Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı
08 Oktyabr 2026 17:43
“Arsenal” Arteta ilə bağlı qərar verdi
08 Oktyabr 2026 17:21
"Araz-Naxçıvan" ev oyunlarını Şamaxıda keçirməyə davam edəcək
08 Oktyabr 2026 17:00


Bakı -°C

