adalet.az header logo
  • Bakı -°C
23 Aprel 2025 14:14
733
DÜNYA
A- A+

İstanbulda 6,2 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

İstanbulun Silivri sahillərində baş verən 4 bal gücündə zəlzələdən sonra 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 6,92 kilometr olub. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Adalet.az xəbər verir ki,  bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

"İstanbulun Silivridə, Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf illerde də hiss olunan zəlzələ ilə bağlı bütün AFAD qrupları və aidiyyatı qurumlarımız çöl araşdırmalarına başlayıb",-  o,  bildirib. 

***

İstanbulun Silivri sahillərində 3,9 bal gücündə zəlzələ baş verib.

Adalet.az  xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Zəlzələ 7 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.