adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2016 20:56
7883
DÜNYA

İstanbulda növbəti partlayış - Ölən var

İstanbulda terror aktı törədilib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Şenlikköy Florya küçəsində yerləşən avtomobil solonuna əldəqayırma partlayıcı qurğu atılıb. Hadisədən sonra baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Polis hadisənin borc görə mübahisə zəminində baş verdiyi ehtimalı üzərində dayanır.