İstanbul polisindən əməliyyat - 100-dən çox saxlanan var
İstanbul polisi 5 min əməkdaşın iştirak etdiyi genişmiqyaslı əməliyyat keçirir.
Adalet.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində 129 nəfər saxlanılıb.
Əməliyyat çərçivəsində 28 mindən çox vətəndaşın sənədi, 15 min avtomobil yoxlanılıb.
Polis əməliyyat zamanı 34 tapança müsadirə edib.