adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2024 11:53
383
DÜNYA

İsrailin müdafiə ordusu xəstəxanaya hücum edib

"Əl-Cəzirə" telekanalının anklavın səhiyyə nazirliyinə istinadən yaydığı məlumatda bildirilir ki, İsrail hərbiçiləri Qəzza bölgəsində yerləşən "Aş-Şifa" xəstəxanasına hücum edib.

 İsrailin  Müdafiə ordusunun mətbuat xidməti hücum faktını təsdiqləyərək bildirib ki, bu əməliyyat cavab tədbiri məqsədiylə həyata keçirilib.

 "Qəzza bölgəsində keçirilən əməliyyatlar zamanı, xəstəxananın içərisindən  İsrail hərbiçilərinə atəş açılıb. Hərbiçilərimiz cavab atəşi ilə atış nöqtələrini susdurub. Hərbi qüvvələrimiz xəstəxana ərazilərində verilən tapşırıqları yerinə yetitirməkdə davam edirlər"-deyə mətbuat xidmətinin Telegram-kanalında bildirilir.

 "Əl-Cəzirə" telekanalı bidirir ki, tibb müəssisəsinin daxilində açılan atəş nəticəsində ölən və yaralananlar var.

  Rüstəm Hacıyev