adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Sentyabr 2017 11:26
16516
DÜNYA

İsrail Suriyanı bombaladı

Sentyabrın 7-nə keçən gecə İsrail Suriyanın Xama əyalətində yerləşən Məsyaf şəhərinin ətrafını bombalayıb. 

Zərbələr Tartus limanı yaxınlığında, Rusiyanın hərbi gəmiləri və hərbi təyyarələri yerləşən Himeymim aviabazasının 20-30 km-nə endirilib.Hazerat qəzetinin məlumatına görə, bombalanan ərazidə prezident Əsədin nəzarətində olan kimyəvi silah hazırlanan müəssisələr yerləşirdi.Amma nədənsə yaxınlıqda yerləşən, Suriyanın bu ərazilərinin hava məkanını qorumalı olan, S-300 və S-400 hava hücumundan müdafiə sistemləri ilə təhciz olunmuş Rusiyanın hərbi bazası hərəkətsiz qaldı. 

 Nə isə, Suriyada dava-dava oyunu davam edir.