adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Dekabr 2018 15:27
15851
DÜNYA

İsrail Suriyadakı fəaliyyətini gücləndirir

ABŞ öz qoşunlarını geri çəkdindən sonra İranın Suriyada möhkəmlənməsinə imkan verməmək üçün İsrail Ərəb Respublikasındakı fəaliyyətini aktivləşdirəcək.

Adalet.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu İsrail-Yunanıstan-Kipr sammitində çıxışında deyib.

"İranın bizim əleyhimizə Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq naminə biz Suriyada fəaliyyətimizi davam etdirəcəyik. İrana qarşı mübarizə səylərimizi azaltmayacağıq, əksinə intensivləşdirəcəyik” – Netanyahu bildirib.