adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2019 09:41
13289
GÜNDƏM

İSPANİYA, FRANSA VƏ BELÇİKADAKI SƏFİRLƏRİMİZƏ DIQQILI BİR SUAL

Böyük suallar çoxdu , amma mən dedimdıqqılısını verim ki, bəlkə cavab verə bildilər.

Düzdür, adətən həmişə tənqid elədiyim Xarici İşlər Nazirliyi səfirlərə verəcəyimsuallarla bağlı çox ciddi bəyanat verdi. Amma mənim sözüm bizimhəmin ölkələrdəki səfirlərimizədi. Azərbaycanda19 oktyabrda icazəsiz mitinq keçirildi. Mitinqin təşkilatçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,qərarlarından çəkinmədilər. Nəticədə də polisöz vəzifəsini yerinə yetirərək icazəsiz mitinqin qarşısını aldı.

ABŞ-ın Azərbaycandakı səfirliyidə icazəsiz mitinqlə bağlı sərt bir bəyanatverərək ölkəmizi insan haqlarını pozduğunagörə ittiham etdi və sair və ilaxır.

Neçə vaxtdır İspaniyada, Fransada və eləcə də Belçikada etiraz mitinqlərikeçirilir. Və polisin mitinq iştirakçılarına qarşı necə vəhşicəsinə davrandıqlarını görürük.Hətta mitinq iştirakçılarını atlarla tapdalayırlar.

Hörmətli səfirlər, sizlər də bu məsələlərlə bağlı, yəni həmin ölkələrdə insan hüquqlarının vəhşicəsinə tapdanması ilə bağlı, heç olmasamənim dıqqılı sualım kimi dıqqılı birbəyanat vermisinizmi?!

Xatırladımki, İspaniyadakı səfirimizin maaşını Anar Məhərrəmov, Fransadakı səfirimizinmaaşını Rəhman Mustafayev, Belçikadakı səfirimizin maaşını Fuad İsgəndərovalır.