İspan klubundan Mahirlə bağlı açıqlama
İspaniyanın "Estremadura" klubunun idman direktoru Lopes Ramos transfer etmək istədikləri "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı danışıb.
Qol.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında 22 yaşlı hücumçunun "Qarabağ"la Çempionlar Liqasında iştirak etdiyini xatırladaraq bildirib ki,bu transferdə bir az səbirli olmaq lazımdır:
"Mahir Emreli hamımızın bəyəndiyi futbolçudur.Rəhbərlik və məşqçilər korpusu onu burada görmək istəyir. Ancaq burada incə bir məqam var - Mahir hazırda klubu ilə Çempionlar Liqasında mübarizə aparır. Danışıqların əsas iştirakçısı olduğumuzu bilirik. Amma səbrli olmalıyıq".
Qeyd edək ki, "Estremadura" İspaniyanın 2-ci liqası olan Sequndada çıxış edir. Mahir Emreliilə Sequndanın digər iki klubu - "Malaqa" və "Almeriya"nın da maraqlandığı haqda məlumatlar yayılıb.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00