adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 May 2023 20:51
394
HADİSƏ

İsmayıllıda məktəblini avtobus vuraraq öldürüb - YENİLƏNİB

İsmayıllıda məktəblini avtomobil vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

19:31

İsmayıllıda məktəblini avtomobil vurub.

    Adalet.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.

    Qobustan sakini 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu hadisə nəticəsində dünyasını dəyişib.

    Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur.

    Fakt araşdırılır./apa