adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2022 13:00
811
HÜQUQ

İslam Dünyası Hüquq Konqresində Azərbaycanlı vəkil çıxış edib - FOTOLAR

Azərbaycan Vəkillər Kollegiyasının üzvü və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü, vəkil Aygün Əliyeva Beynəlxalq Hüquqşünaslar Birliyinin (UHUB) idarə heyətinə seçilib. Daha sonra 40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi İslam Dünyası Hüquq Konqresində “Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib.

Adalet.az xəbər verir ki, Beynəlxalq Hüquqşünaslar Birliyi (UHUB) tərəfindən Konya şəhər bələdiyyəsinin dəstəyi ilə 20-21-22 may tarixlərində Konyada təşkil edilən İslam Dünyası Hüquqşünaslar Birliyinin Beynəlxalq Hüquq Konqresi beş iclasdan ibarətdir. UHUB Konqresinin baş katibi vəkil Necati Ceylan, Türkiyə Könüllü Təşkilatlar Xeyriyyə Qurumu (TGTV) sədri vəkil Həmzə Akbulut, İstanbul 2 saylı Vəkillər Kollegiyasının sədri vəkil Yasin Şamlı, Ankara 2 saylı Vəkillər Kollegiyasının sədri vəkil Eyüphan Korkmaz, Konya şəhər bələdiyyə başçısı Uğur İbrahim Altay, Fələstin Ədliyyə naziri müavini Abdalnasser M. H Matar, Bangsamoro Barmm millət vəkili Anna Tarhata S. Basman, Konya millət vəkili Leyla Şahin, Konya millət vəkili vəkil Ahmet Sorgun, Ədliyyə naziri müavini Zekeriya Birkan və AK Partiya qrup sədr müavini Cahit Özkanın açılış çıxışları ilə başlayıb.

40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi İslam Dünyası Hüquq Konqresi Avrasiya, Asiya Sakit Okean, Afrika və Qlobal Ədalətə Çağırış adlı beş sessiya şəklində həyata keçiriləcəkdir. Prof.Rafiq Korkusuzun sədrliyi ilə keçiriləcək Avrasiya adlı ilk sessiyada Fələstin, Livan, Suriya, İraq, Bosniya və Herseqovina, Yunanıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və İngiltərə mövzuları müzakirə ediləcəkdir.

Avrasiya sessiyasında Azərbaycanı təmsil edən Azərbaycan Vəkillər Kollegiyasının üzvü və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü vəkil Aygün Əliyeva “Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib.

Qurultayda UHUB-un üzvü olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Emin Zeynalov və hüquqşünas Ayşən Əkbərli də iştirak edib. Filippin, Banqladeş, Kəşmir/Hindistan, Pakistan, Əfqanıstan, Şri Lanka, Yəmən, İndoneziya və Şərqi Türküstanın müzakirə ediləcəyi ikinci sessiyada Mahmud Osmanoğlu moderatorluq edəcəkdir. Üçüncü sessiya Prof.Məhərrəm Kılıçın rəhbərliyi altında Tunis, Mərakeş, Liviya, Sudan, Əlcəzair və Misirdən olan iştirakçıların müşayiəti ilə keçiriləcəkdir.Seneqal, Somali, Nigeriya, Mali və Kubuti ilə bağlı dördüncü sessiyada Prof. Ahmet Kavas moderatorluq edəcəkdir. Prof. Ali Khashanın rəhbərliyi ilə keçiriləcək beşinci sessiyanın gündəliyi “Qlobal Ədalətə Çağırış” olacaqdır.

Beynəlxalq Hüquqşünaslar İttifaqının (UHUB) 19 may 2022-ci il tarixində keçirilən Baş Assambleyasında həyata keçirilən seçki nəticəsində Azərbaycan və Türkiyədə hüquqşünas olan həmyerlimiz Aygün Əliyeva İdarə Heyətinin üzvü seçilib.

Aygün Əliyeva 1996-cı ildə qurulan və 2009-cu ildə fəaliyyətə başlayan Beynəlxalq Hüquqşünaslar Birliyi (UHUB) həm ölkə daxilində, həm də bir çox İslam ölkələrində fəaliyyətini davam etdirir.UHUB-un missiyası və vizyonu milli və beynəlxalq səviyyədə mümkün hüquq pozuntularını azaltmağı təmin etmək və bütün dünyada hüquq pozuntularına qarşı ümumi gündəm yaratmaqdır. 40 ölkədən hüquqşünasların üzv olduğu Beynəlxalq Hüquqşünaslar İttifaqının (UHUB) 2011-ci ildən etibarən ilk azərbaycanlı üzvüdür. O, 10 il ərzində Birliyin həyata keçirdiyi bütün qurultaylarda Azərbaycanı təmsil edərək iştirak edib və daha çox azərbaycanlı hüquqşünasları işə cəlb etməyə çalışıb.

2018-ci ildə dünyanın müxtəlif ölkələrindən 350 hüquqşünasın iştirak etdiyi “2-ci Avrasiya Hüquq Konqresi”ni Bakıda keçirilib.

Xanım vəkil Konyada həyata keçirilən 40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi İslam Dünyası Hüquq Konqresində “Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması” mövzusunda təqdimatla çıxış edib.

Yekun olaraq Aygün Əliyeva vurğulayıb ki , Beynəlxalq Hüquqşünaslar İttifaqının (UHUB) dünən keçirilən Baş Assambleyasında idarə heyətinin üzvü seçildim və bu, mənim üçün böyük şərəfdir. Beynəlxalq platformada ümumbəşəri ədalətə çağırış edərək ölkəmizi təmsil etmək və Azərbaycanımızın haqq səsini dünyaya çatdırmaq çox qürurvericidir.

 

Bünyamin Bünyadzadə