İŞİD-in lideri Bağdadinin sağ əli yaxalandı
İraqın baş naziri Mustafa əl Kazımi İŞİD-in öldürülən lideri Əbubəkr əl Bağdadinin sağ əli olan Sami Cesimin tutulduğunu deyib.
Adalet.az xəbər verir ki, Kazımi Cesimin İŞİD-in maliyyə məsələlərilə məşğul olduğunu qeyd edib.
“İraq Təhlükəsizlik qüvvələri seçkiləri təhlükəsizlik şəraitində həyata keçirməyimiz üçün dostlarımız əməliyyat keçirib və İŞİD-in maliyyə işlərinə baxan Sami Cesimi yaxaladı. İraq və cəsur qəhrəmanlarımız çox yaşasın!” – deyə Kazımi tvitter hesabında paylaşım edib.
Eminquey