adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Iyun 2020 15:34
76675
TEXNOLOGİYA

İşimizi ASAN-laşdıran elektron ödənişlər - imkanlar və çağırışlar

Günümüzün ən aktual məsələlərindən olan elektron ödənişsisteminə keçid Azərbaycanda 2017-ci ilin əvvəlindən tətbiq olunmağa başladı.Bu gün ölkə ərazisində fəaliyyət göstərən böyük ticarət obyektlərində elektronödəniş sistemindən geniş şəkildə istifadə olunur. Təsadüfi deyil ki, 2017-ci ililə müqayisədə bu gün elektron ticarətin dövriyyəsində dəfələrlə artım olduğunugörürük. Doğrudur, bu, hələ də istənilən səviyyədə olmasa da, xüsusilə paytaxtvə böyük şəhərlərdə elektron ödənişlərə maraq artan templə davam edir. Hazırkırəqəmlərə görə ölkə üzrə elektron ticarətin dövriyyəsi 2 milyard manatcivarındadır. Nəzərə alsaq ki, bu rəqəm 2017-ci ildə 300 milyon manat səviyyəsindəolub, bu faktın özü elektron ticarətdə gedən inkişafın bariz göstəricisidir. Busahənin inkişafı üçün beynəlxalq təcrübədə müxtəlif təşviqedici alətlərdənistifadə olunur. Məsələn, bir çox dünya ölkələri elektron ticarətin iştirakçısıolan vətəndaşlarına müxtəlif qiymətli hədiyyələr verir, o cümlədən ödəniş qəbzlərininlotoreya kimi müsabiqələrdə iştirakına şərait yaradır. Azərbaycanda da elektronticarətin inkişafı üçün müxtəlif təşviqedici addımlar atılır. 2018-ci ildənetibarən, təqaüd kartlarının nəğd vəsait olmadığı halda 100 manat həcmindəalış-veriş etmək üçün aidiyyəti banklarla bir sıra ticarət obyektləri arasındamüqavilə bağlandı. Hazırda da bir sıra ticarət mərkəzlərində təqaüd kartlarından100 manat həcmində nəğdsiz ödəniş etmək mümkündür. Bu sistemin tətbiqi nəğdsizödənişlərin artımında önəmli paya sahib oldu.

Təəssüf ki, hələ də elektron ticarətin həcmi istənilənsəviyyədə deyil. Bunun isə bir neçə obyektiv və subyektiv səbəbləri var. Ənbaşlıca səbəb maliyyə qurumlarına - banklara vətəndaşlar arasında etibarolunmamasıdır. Banklara etimadın az olmasına səbəb kimi 14 bankın bağlanması vəvətəndaşların hesablarındakı vəsaitin müəyyən müddətdə dondurulması göstəriləbilər. Bundan başqa zaman-zaman bank sistemində problemlərin yaşandığınıgörürük. 3 il əvvəl "DəmirBank” ASC-nin sistemindən 3 milyon manatınoğurlanması hələ də maliyyə sistemində təhlükəsizliyin tam şəkildə qorunmasınaşübhələr yaradır. Bu da vətəndaşların öz vəsaitlərini banklara əmanət etməsinəçətinliklər yaradır. Nəzərə alsaq ki, bu problem təkcə Azərbaycanda deyil,bütün dünyanın bank sistemində yaşandığı üçün digər təşviqedici addımlarlabanklara etimadı bərpa etmək mümkündür. Azərbaycanda banklar vətəndaşları cəlbetmək üçün "kəşbək” imkanı (Geri ödəniş-müəll.) təklif edir. Banklar arasında kəşbəkhəcminin fərqli olması maliyyə qurumlarınada müştəri cəlb etmək üçün əsasimkandır. Digər tərəfdən banklar bir neçə il əvvəldən başlayaraq nəğd kreditləri"kredit kartları” ilə əvəzlədi. Kredit kartlarının geniş yayılması da elektronödənişlərin dövriyyəsinə müsbət mənada təsir edir.

Bu gün kommunal ödənişlər üçün elektron ödəməsisteminin tətbiq olunması vətəndaşlara həm vaxt, həm də enerji baxımındankifayət qədər üstünlük verir. Hazırki dünyanın böyük bəlasına çevrilən,insanları evdə qalmağa məcbur edən koronavirus (COVID-19) pandemiyasınınelektron ödənişlərin nə qədər vacib və aktual olduğunu göstərir. Kommunal ödənişlərinelektron qaydada həyata keçirilməsi üçün kifayət qədər platforma imkanı var. Həttakommunal xidmət qurumlarının elektron saytlarından da ödəniş etmək mümkündür.Banklar tərəfindən istifadəyə verilən mobil əlavə (əplikeyşnlar) vasitəsi ilə dəödəniş etmək imkanı mövcuddur.

Bütün bunlar onu göstərir ki, rəqəmsal idarəetməyəkeçid bütün sahələrdə üstünlüklər yaradır. Bu sistemin tətbiqi və genişləndirilməsiistər sosial, istərsə də iqtisadi baxımdan önəmli və vacibdir. Beynəlxalq təcrübəyəistinad etsək inkişaf etmiş ölkələr öz iqtisadiyyatlarını belə elektron ticarətüzərində qurur. Bu, həm də müasir dövrün tələbidir. Texnologiyanın inkişafetdiyi bir dövrdə onun verdiyi üstünlüklərdən maksimum dərəcədə yararlanmaq cəmiyyətlərininkişafına töhfə verir. Hazırda dünyanın ən böyük elektron ticarət platforması"Amazon”dur. "Amazon”un illik ticarət dövriyyəsi 2 trilyon dollar həcmindədir.Bu vəsaiti inkişaf etməkdə olan ölkələrin büdcəsi ilə müqayisə etsək "Amazon”unticarət dövriyyəsi dəfələrlə çoxdur. Bu da elektron ticarətin gəlirlilik səviyyəsiniaçıq şəkildə göstərir. Təəssüf ki, Azərbaycanda "Amazon” və bu kimi digərplatformalara rast gəlmirik. Bu da elektron ticarətdə hələ çox iş görməliolduğumuzu göstərir. Etiraf etmək lazımdır ki, Azərbaycanda bu istiqamətdə işlərgörülür. Bu yaxınlarda 18 faizlik əlavə dövlət vergisinin (ƏDV) müəyyən hissəsiningeri qaytarılması üçün "edvgerial.az" platforması yaradıldı. Buplatformada nəğdsiz ödənişlə alınan mallara tətbiq olunan ƏDV-nin 15 faizialıcıya geri qaytarılır. Nəğd alışlarda isə 10 faiz həcmində geri ödəmə həyatakeçirilir. Burada məqsəd həm də nəğdsiz ödənişlərin həyata keçirilməsini təşviqetməkdir. 5 faizlik interval da məhz bunun üçün nəzərdə tutulur. Hələlik bu ximətyalnız böyük ticarət mərkəzləri və yeni nəsil kassa aparatları olan obyeklərdənalış-veriş etdikdə mümkündür. Gələcəkdə bu xidmət sahəsinin də genişlənəcəyigözlənilir. Hazırda geri qaytarılan ƏDV məbləği ilə kommunal, telefon və digərödənişlər həyata keçirilir. Platformada banklarla əməkdaşlıq nəzərdə tutulsada, hələlik heç bir bank kartına köçürmə etmək mümkün deyil. Amma yaxın gələcəkdəbu məsələnin də həlli gözləniləndir. Bu platforma həm vətəndaşların gəlirlərininmüəyyən qədər artmasına, həm də elektron ödənişlərin təşviqinə dəstəkdir. Bu təcrübəbir çox ölkələrdə həyata keçirilsə də bizim üçün yenidir. Məsələn, Türkiyədə hərhansı bir məhsul alarkən ödənilən 18 faizlik ƏDV-nin müəyyən hissəsini xüsusiaparatlar vasitəsi ilə anında geri almaq mümkündür. Azərbaycanda isə buplatforma bir qədər fərqli formada tətbiq olunur.

Yuxarıda qeyd etdiyimiz bütün məsələlər elektronhökumətin tərkib hissəsidir. Elektron hökumətin inkişafı üçün bu gün müxtəlifplatformalar istifadəyə verilib. Elektron ödənişlərə dövlət nəzarətinin olmasıtəhlükəsizlik baxımından önəmlidir. "ASAN ödəniş” sisteminin tətbiqi dəelektron hökumətin inkişafında önəmli yer tutur. Çoxfunksiyalı "ASAN ödəniş”sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz vərahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin, ölkə daxilində geniş əraziniəhatə edən "ASAN Ödəniş” terminalları, www.asanpay.az portalı və "ASAN Pay” mobil əlavəsi vasitəsi iləistənilən xidmət üzrə heç bir məhdudiyyət olmadan 24/7 ödəniş etmək mümkündür.219 qurumun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və digər ödənişləri"ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sisteməqoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

"MyGov” portalının Beta versiyasının istifadəyə verilməsi rəqəmsal hökumətquruculuğunun daha bir şərti idi. Bu portalın ilkin mərhələdə test müddətindəişlədiyini nəzərə alsaq, hələlik bu tətbiqin tam olaraq istifadəsi mümkündeyil. Portal qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznesqurumlarını vahid platformada birləşdirən elektron hökumət sistemidir. "MgGov”portalı vasitəsi ilə vətəndaşlar dövlət qurumları tərəfindən verilmiş məlumatlarlatanış ola, xidmətlərdən elektron qaydada yararlana, e-arayış və digər sənədləriəldə edə biləcəklər. Bu portal, həm də məlumatların doğruluğunu təsdiq etməkimkanı verəcək. 2019-cu ilin mart ayında istifadəyə verilən "e-Satınalma” layihəsinməqsədi yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Azərbaycandakeçirilən satınalmalarda iştirakını təmin etməklə, onların inkişafına zəminyaratmaqdan ibarətdir. Layihə çərçivəsində, "Dövlət satınalmalarıhaqqında" Qanunun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimalolunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağıolan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və ortasahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulunu tətbiq etməkləelektron qaydada həyata keçirilir.

Tətbiq olunan bütün bu elektron xidmətlər həm də şəffafölkə quruculuğuna doğru addımın ilk hissəsidir. Elektron ödənişlər,satınalmalar və digər xidmətlər birbaşa olaraq Vergi Xidməti və digər aidiyyətiqurumların mərkəzləşdirilmiş sistemindən keçdiyi üçün qeyri-şəffaf fəaliyyətmümkünsüzdür. Vətəndaş-məmur münasibətlərini minimuma endirmək, o cümlədənbürokratik əngəllərin yaradılmaması üçün elektron hökumətə keçid ən optimalvarinatdır. Bu, həm də idarəetmənin optimallaşdırılması üçün önəmli keçiddir."ASAN Xidmət” modelinin elektron xidmətlərdə də tətbiqi həmvətəndaşların işlərini, həm də dövlət idarəetməsini ASAN-laşdırır.

ƏfsanəŞükürova