adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2017 17:00
8641
DÜNYA

İŞİD və Taliban Əfqanıstanda 40-a yaxın adamı edam ediblər

İŞİD və Taliban terror təşkilatları Əfqanıstanın Sari-Pul vilayətində 40-a yaxın adamı edam ediblər.

Bu barədə vilayət qubernatorunun nümayəndəsi Zabihulla Amani məlumat verib.
Onun sözlərinə görə, edam Mirzə Olan rayonunda baş verib. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar da olub.(report)