adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Avqust 2014 11:32
4418
DÜNYA

İŞİD qaradərili amerikalıları müsəlman olmağa səsləyir

ABŞ-ın Missisuri ştatının Ferqyusonşəhərində baş verən kütləvi iğtişaşlardan faydalanan İraq və Şam İslam Dövləti(İŞİD) və tərəfdarları sosial şəbəkələrdən istifadə edərək etirazlara qatılanlarıİslamı qəbul etməyə və ABŞ-a qarşı vuruşmağa səsləyiblər. Bu barədə "DailyMail” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, İraq və Suriyadanolan cihadçılar, o cümlədən onların Qərbdə olan tərəfdarları "Twitter"də Ferqyusonşəhərindəki  etirazçıları müdafiə etdiklərini bildirirlər. Etiraza qalxanqaradərili gənclərə dəstək verənlər onları daha da qızışdırmaq üşün Amerikatarixində baş vermiş bu kimi olayları əks etdirən materialları paylaşırlar.

Qeydedək ki, artıq 9 gecədir ki, 18 yaşlı qaradərili Maykıl Braunun polis tərəfindəngüllələnib öldürülməsinə etiraz olaraq iğtişaşlar davam edir. Şəhərdəkomendant saatı tətbiq olunmasına və  oraya hərbi hissələr yeridilməsinə baxmayaraq,vəziyyəti dəyişmək hələ də mümkün olmayıb. Hətta Prezident Barak Obamanın müraciəti də istənilən nəticəni verməyib.