adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Mart 2018 16:40
14377
DÜNYA

İŞİD lideri Bağdadi harada gizlənib?

Rusiya kəşfiyyatı "öldürüldü" deyir, ABŞ təkzib edir

ABŞ və onun rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD lideri Əbubəkr Bağdadinin axtarışlarını davam etdirir.

Adalet.az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib.

Onun sözlərinə görə, dəfələrlə Ə.Bağdadinin öldürülməsi ilə bağlı informasiyaların təkrarlanmasına baxmayaraq, fakt hələlik öz təsdiqini tapmayıb.

"Bizim qüvvələr Bağdadinin axtarışlarını davam etdirir. Əgər biz onun harada olduğunu bilsəydik, həmin əraziyə xüsusi qrup göndərərdik və onu məhv edərdik”, - deyə Rayan Dillon bildirib.

Qeyd edək ki, ötən il Rusiya hərbi qüvvələri İŞİD liderinin öldürülməsi ilə bağlı məlumatlar yayıb. ABŞ qüvvələri isə məlumatın həqiqətə uyğun olmadığını iddia edirlər.

ABŞ-ın müdafiə naziri Cim Mettis İŞİD lideri Əbubəkr Əl-Bağdadinin sağ olduğunu və qruplaşma içindəki roluna davam etdiyini bildirib. Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Milli Anti-Terror Mərkəzi isə hazırda onun axtarışları ilə bağlı işlərin getdiyini açıqlayıb.