adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Mart 2015 16:35
1630
MƏMLƏKƏT

İşgüzar xanımlara özəl hədiyyə

Hər il müxtəlif sahələrin uğurluinsanlarını təltif edən təşkilatçı Sədaqət Rəşidqızı 8 mart Beynəlxalq QadınlarGünü münasibəti ilə xanımları sevindirəcək.

 

Lent.az-ın məlumatına görə, "Qadın və uşaq problemlərinin araşdırılması” vəIII Sektor İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək mərasim martın6-da baş tutacaq. 14 ildir təşkilatçı olduğunu və 10 ildir ölkədə uğurluxanımları mükafatlandırdığını deyən S.Rəşidqızı Azərbaycanda konsert təşkiledən ilk xanımlardandır.

 

Mükafatlandırma mərasimində 150-yə yaxın qonağın iştirak edəcəyinideyən xanım təşkilatçı 30-dan çox şəxsin "İlin işgüzar xanımı” müstəqil millimükafatına layiq görüləcəyini bildirib.

 

Onun sözlərinə görə, mükafatlandırılan hər bir xanım özəl hədiyyəalacaq. Sonda isə lotoreya keçiriləcək. Lotoreyada qonaqlara müxtəlifhədiyyələr veriləcək: "Xanımların çöhrəsində təbəssüm görmək mənim üçün böyükbir bayramdır”.