İşgəncələrə Qarşı Azərbaycan Komitəsi növbəti monitorinq keçirdi
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"-nin sədri Elşad Həmidov avqustun 23-də saat 11-də Müdafiə Nazirliyinin N saylı İntizam Xarakterli Hərbi Hissəsində monitorinq keçirib.
Hərbi Nissədə 8 məhkum əsgər cəza çəkir: Quluzadə Rafiq Rasim oğlu, Zeynalov Balaxan Rafiq oğlu, Ərəbli Elməddin Qaməddin oğlu, Zeynalov Təbriz Azər oğlu, Əliyev Elxan Zakir oğlu, Nurullazadə Məhəmməd Rəzi oğlu, Allahverdiyev Elnur Rüfət oğlu və Hacıyev Əsəd Rahim oğlu.
Komitə sədri hər bir məhkum əsgərlə söhbət aparıb, əsgərlər saxlanılma yerindən, onlara olunan münasıbətdən razı olduqlarını bildiriblər.
Elşad Həmidov hərbi hissədən müsbət təəssüratla döndüklərini bildirib:
"Məhkum əsgərlərin yataqxanası, sinif otaqları, ideoloji otaqları, hamam və ayaqyolu təmiz, səliqəli və səliqə - sahmanlı idi. Heç bir iy, qoxu, natəmizlik müşahidə olunmadı. Monitorinq zamanı heç bir hüquq pozuntusu aşkarlanmayıb. İntizam Xarakterli Hərbi Hissədə su təchizatı daimi - fasiləsizdir, yeməklər yüksək keyfiyyətlıdır. Hərbi Hissə komandiri polkovnik - leytenant Nağıyev Vüqar Əli oğlu burada ideal və nümunəvi şərait yaradıb".
Digər Xəbərlər
03 May 2024 21:57
STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45