adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Noyabr 2018 17:05
5875
MƏMLƏKƏT

İŞƏ GÖTÜRƏNLƏR MƏSULİYYƏTSİZ OLANDA... - Faiq QİSMƏTOĞLU yazır

Hər bir insan işə qəbuledilərkən bu məsələlər hüquqi müstəvidə öz həllini tapmalıdır. Yəni işə götürənmüəssisə, fabrik, zavod, tikinti təşkilatı həmin əməkdaşla birmənalı olaraq əməkmüqaviləsi bağlamalıdır. Başqa sözlədemiş olsaq, hər iki tərəf götürdüyü öhdəliyi yerinə yetirmək üçün məsuliyyətdaşımalıdır. Tərəflərin ikisi də mövcud qanunlara əməl etməlidir.

Təəssüflə qeyd etməliyikki, bizdə əksər işə götürən qurumlar və təşkilatlar bu məsələlərə öz arşınlarıylayanaşırlar. Onlara hər şey necə sərf edir, ona uyğun da addım atırlar. Xüsusəndə özəl şirkətlər və mənzil-tikinti kooperativləri bu sahədə daha böyükqanun pozuntularına yol verirlər. Beləki, onlar əksər işçiləri müqavilə şərtləri olmadan işə qəbul edir, vergidən vəSosial Müdafiə Fonduna ödəmələrdən yayınmaq üçün sənədləşdirmə işlərindən vazkeçirlər. Təbii ki, bu da ona dəlalət edir ki, bu cür özəl qurumlar özmaraqlarını və mənafelərini daha üstüntutsunlar. Elə üstün tuturlar da.

Hər hansı fəhlə, əməkdaşistehsalat prosesi zamanı xəsarət alanda, yaxud da dünyasını dəyişəndə onlar buvəziyyətdən çıxış yolu axtarır və onu da asanlıqla tapırlar. O qədər ustalıqlahərəkət edirlər ki, sudan quru çıxmağı bacarırlar. Hər hansı xəsarətalma, ölümhalı olanda "qanpulu” ödəməklə öz işlərini bitmiş hesab edirlər. Xüsusən də çoxmərtəbəlimənzil tikintisi zamanı bu cür hadisələlərə daha tez-tez rast gəlmək mümkündür.

Tikinti zamanı rəhmətəgedən adam arxasız və kimsəsiz olanda bir balaca xərclə onlar canlarınıqurtarırlar. İstintaqı aparan hüquq-mühafizə orqanları ilə "dil” tapır vəbununla da həbs olunmaqdan xilasolurlar. Ancaq elə ki, dünyasını dəyişən insan bir balaca arxalı oldu, onunadamları qanunsuz iş görən tikinti şirkətinə qarşı güc göstərdi, "diş qıcadı”,bax onda cinayəti törətmiş adamlar özlərini yığışdırır, yuxarı instansiyalaraşikayət etməmək üçün zərərçəkmiş tərəfin istədiyi məbləği ödəyirlər.

İşə qəbul edənlər mövcudqanunu pozmalarına görə - yəni əməkmüqavilələri işçilərlə bağlanmadığı üçün, eləcə də təhlükəsizlik tədbirlərinivaxtında icra etmədiyi və bu zaman fəhlənin, işçinin xəsarət almasına görə, məsulşəxslər 1000 manatdan 2000 manata qədər və bəzən də daha çox məbləğdə cəriməedilirlər. Zərərçəkmişin xəsarəti ağır olarsa və eləcə də dünyasını dəyişərsə,həmin qurumlarım məsul şəxsləri cinayət məsuliyyətinə cəlb edilə bilər. Xəsarətalanlar və ölənlər daha çox olarsa, tikintidə və istehsalat sahəsində təhlükəsizliyəcavabdeh olan məsul şəxslər 2 ildən 7 ilə qədər həbs cəzası ala bilər.

Ancaq bizdə bu məsələlərçox vaxt təhlükəsizlik qaydalarına məsuliyyət daşıyan vəzifəli şəxslərin xeyrinəhəll edilir. Yəni hər hansı ölüm faktı olanda şirkətin rəhbərliyi yox, ən yaxşıhalda iş icraçısı, yaxuda da başqa bir şəxs cinayət məsuliyyətinə cəlb edilir.O da yüngül cəza alır və bir müddətdən sora yenidən iş yerinə qayıdaraq işicraçısı işləyir. Ara yerdə qanı batan kimsəsiz unsanlar olur. O insanlar ki,müxtəlif rayonlardan Bakıya gələrək ev tikmə şirkətlərində bənna, suvaqçı,xarrat, çilingər, elektrik və fəhlə işləyirlər.

Qanı batan bu gənclər çoxböyük ümidlə çörəkpulu dalınca tikintilərə gəlir, pul qazanmaq arzusundaolurlar. Amma pul qazanmaq arzusu onların bəzilərinin gözlərində qalır. Evlərinəpul göndərə bilmirlər və bir də görürsən ki, pul əvəzinə evlərinə onların meyitləriniaparırlar. Allah bax belə bədbəxt hadisələrdən gündəlik çörəkpulu qazanmaq istəyəno gəncləri qorusun.

Əgər işə götürənlə işçiarasında əmək müqaviləsi bağlansa, yəni hər şey qanuni surətdə öz həllinitapsa, fəhlə istehsalat prosesində xəsarət alsa da və hətta dünyasını dəyişsə də,işə götürən qurum onun bütün problemlərini həll etməyə borcludur. Yəni işçininsağlamlığından tutmuş digər həyat şəraitinə qədər işə götürən öz öhdəliyinimütləq yerinə yetirməlidir. Yerinə yetirməzsə, zərərçəkmişin özü (o dünyasını dəyişərsə, digər yaxınları)məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa etmək imkanına malikdir.

Ona görə dəhər bir şəxs işə qəbul edilərkən bu hüquqi mərhələlərə diqqət yetirməli,işə götürənlə birmənalı olaraq əmək müqaviləsi bağlamalıdır. Bu əmək müqaviləsiolsa, o hər il pulu ödənilməklə məzuniyyətə çıxa bilər, tibbi sığortası olar vətəqaüdə çıxarkən heç bir problem yaşamaz. Çox təəssüf ki, əksər işə qəbulolunanlar bu məsələlərə diqqət yetirmir, səhlankarlıq göstərərək hüququnu tələbetmir, sonradan isə çanaq elə onların öz başında çatlayır.