adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Oktyabr 2015 15:18
8888
MƏMLƏKƏT

İşbaz həkimlərə “molekul” zərbəsi - Reportaj

Dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığından sonra Tarif Şurası dərmanların qiymətinin aşağı salınması yönümündə qərar qəbul etdi. Qəbul edilən qəardan sonra bu sahədə ciddi qiymət ucuzlaşması baş verdi. Araşdırmalar onu deməyə əsas verir ki, bəzi işbazlar qaydalara ələm etmir. Bazarda hələ də sünii qiymət artımı müşahidə olunur. 

Redaksiyamıza daxil olan müraciətlər əsasında apardığımız araşdırma bizi fərqli mənzərə ilə qarşı-qarşıya qoydu.  

BakınınNərimanov və Nizami rayonlarında yerləşən apteklərdə qeydiyyata alınmış 1057adda dərmanın yeni qiymətlərində süni artırmaların olub olmadığını öyrənməküçün sözü gedən ünvanlara baş çəkdik. Müşahidələrimiz zamanı əlimizdə olansiyahıdakı qiymətlərlə apteklərdəki qiymətlərin uyğun gəldiyinin şahidi olduq.Nərimanov metrosu yaxınlığında yerləşən apteklərin birində satıcı işləyən Elnarəxanım bunu belə izah edir ki, yeni siyahıda qiymət artımı ola bilməz: "Əgərolsa belə bunun səbəbini bizdən yox bir başa firmalardan öyrənməyiniz məsləhətdir”.

Satıcı xanım sakinlərin qiymətlərin baha olması ilə bağlı şikayətləri xəbərinədə aydınlıq gətirib:"Ola bilərki, sakinlərin aldığı dərmanlar Şuranın tərtib etdiyi siyahıda olmasın. Beləolduqda onların narazı qalması normaldır. Yenə də firmanın özüylə əlaqəsaxlasanız daha yaxşı olardı. Onlar sizə daha dolğun izahat verəcəklər”.

Metronunyaxınlığında yerləşən apteklərin bir çoxu "Zeytun” firmasından mal qəbul etdiklərinibildirdilər. Elə isə yollandıq sözü gedən firmanın yerləşdiyi ünvana..

Qapıda mənimühafizəçi qarşıladı. Müxbir olduğumu söyləyəndə isə rəhbərliklə əlaqəyə çıxdı.Amma təəssüf ki, gözləntimiz boşa çıxdı və rəhbərlik görüşməkdən imtina etdi. Beləbir atalar sözü var: "Soğan yeməmisənsə, bəs niyə için göynüyür”. Yəqin ki, rəhbərliyin görüşməkdən imtina etməsininsəbəbi bununla bağlıdır.

İşbaz həkimlərin çarəsi tapıldı

Sakinlərləapardığımız söhbətlər zamanı isə bəzi maraqlı nüanslar ortaya çıxdı. Sən demə dərmanbazarında işbazlar fəaliyyət göstərir.

7 ildirfirmaların birində çalışan Bakı sakini Cavid Osmanovla Nizami metrosuyaxınlığında yerləşən apteklərin birində tanış olduq. Həmsöhbətimiz bir sıramaraqlı faktları ortaya qoydu. Bakı sakini deyir ki, tənqid etmək üçün apteklərinüstünə o qədər də düşmək lazım deyil. Mən dəfələrlə şahid olmuşam ki, klinik xəstəxanalardaçalışan bəzi həkimlər dərman distrubyutorları(Firmalar) ilə belə demək mümkündürsə müqaviləimzalayırlar. Müqavilənin şərtlərinə görə,işbaz həkim xəstəsinin yanına gedərkən ona elə dərmanların respetiniyazır ki, həmin dərmanlar həkimin birgə iş gördüyü firmanın məhsulu olsun. Əvəzindəisə sözü gedən dərmanlar bahalı olur və satışında müəyyən faiz əldə edilir. Mənşəxsən bunun şahidi olmuşam, hətta həkimin mənim üçün yazdığı dərmanı başqa birhəkimə göstərəndə həmin preparatı rədd etdi. Bəzən belə hallara da rast gəlirikki, şirkətin məhsulunun satılması üçün pasientə saxta dərman satırlar.

"Azad İstehlakçılarBirliyi”nin sədri Eyyub Hüseynov həkim saxtakarlığı ilə bağlı sualımıza cavabverib. O, təəssüflə bildirdi ki, bu problem günümüzdə ən çox rast gəlinənhadisələrdən biridir: "Dəfələrlə bizə bununla bağlı vətəndaş şikayətləri daxilolub. Mən onu deyə bilərəm ki, hökümət bunun da çarəsini tapıb. SəhiyyəNazirliyinin verdiyi tapşırığa əsasənartıq xəstələrə resept yazılarkən dərmanların adı deyil molekulların adı qeydolunur. Məsələn deyək ki, əvvəllər həkimxəstə üçün "K” adlı dərman yazırdı(Ad şərtidir), "K”nın içərisində isə 8 ədədmolekula rast gəlinir. İndi isə "Pasientə yazılan respetin izahı molekullarınadları ilə ifadə olunur. Belə olduqdaalıcı artıq əvvəlki kimi gedib "K” dərmanını yox, onun üçün hansı molekul tərkiblidərman sərf edirsə ona sahib olacaq. Beləliklə, işbaz həkim həmin dərmana istədiyikimi nəzarət edə bilmir".

Dünyada saxta dərman istehsalı 60 faizə çatıb

Satıcınınvətəndaşların qiymət narazıçılığına aydınlıq gətirməsi onların haqqsız durumadüşməsi kimi izah oluna bilməzdi. Belə ki, apardığımız araşdırmalar nəticəsindəməlum olub ki, Bakının ən böyük dərman firmlarından olan "Avromed”in paytaxtınbir neçə yerində yerləşən dükanlarında satışa qoyulan məhsulun qiyməti iləbaşqa apteklər satılan eyni adlı dərmanın qiyməti arasında uyğunsuzluq müşahidəolunub. "Avromed” məhsulunun şirkətinözünəməxsuz aptekində satışa qoyulduğu qiymət 10 manatdırsa həmin məhsul digərbir aptekdə 8 manata təklif olunur. Buna birmənalı yanaşamaq mümkün deyil. Əgərbelədirsə birinci məhsuluin orjinal , digərinin isə saxta olması barədə şübhələrortaya çıxır.

Bazariqtisadiyyatın belə bir anlayış var: əgər məhsul daha ucuz təklif olunursa osaxta məhsul ola bilər. Məsələni aydınlaşdırmaq üçün Bakının Nəsimi rayonundayerləşən "Avromed”ə məxsus apteklərdən birinə baş çəkdik. Təəssüf ki, onlar məlumatverməkdən imtina etdilər.

Mediadaekspertlərin saxta dərmanlarla bağlı bir sıra görüşlərini yada salmaq olar.AİB-in sədri isə mövzuya fərqli yanaşma göstərib:

"Xatırlasanız,2017-ci ilin fevral-mart aylarında Aərbaycanda26 dövlət gömrük orqanlarının iştirak ilə saxta dərmanlara qarşı mübarizəyədair konqress keçirildi. Həmin tədbirdə Azərbaycanı təmsil edən yeganə QHT təmsçisiolmuşam. Eləcə də Amerikadaixtisasartırma kursu ərəfəsində” Fayzer” firmasının baş ofisində oldum. Oradaöyrəndim ki, dünyada saxta dərman dövriyyəsi 40-60 faiz arasında dəyişir. Təəssüfki, buna qarşı effektiv mübarizə üsulları hələ tapılmayıb. O cümlədən buproblem Azərbaycandan da kənarda deyil. Hətta dünyada təyyarə hissələrininistehsalı belə saxtadır. Çünki dərman hazırlanarkən onun tərkibində ən qiymətlimolekullar qarışdırılır.. Azərbaycanda sahibkarların Alman şirkətləri ilə bucür sövdələşmə aparmaq istəməsi də sözü gedən məsələnin üstünə aparır”.

Redaksiyamızadaxil olan şikayətlər təkcə Paytaxtın daxilində kifayətlənmir. Hətta bölgələrimizdəndə narazılıqlar la bağlı xəbərlər eşidirik. İmişli rayonunda yaşayan Pərvinadlı xanımla söhbətimiz zamanı deyirdi ki, onun atası ürək – damar sisteminin xəstəliyindənəziyyət çəkir: "Atama keçən ay 25 manata "Vasolipit” dərmanı almışdım. İndi isəhəmin dərman 28 manat olub. Bilirəm ki Bakıda daha ucuzluqdu. Amma niyərayonlarda dərmanları baha satırlar, onu başa düşmürəm. İmişli sakinin narazılığı ilə bağlı ekspertlərinsöylədiyi fikirlər oxşardır: "Rayonlarda dərmanların qiymətinin baha olmasıdaşınma xərclərinin təsiri ilə əlaqədardı”. Qeyd edək ki, bu, TariflərŞurasının qərarına aid deyil.


Müsahibəmizzamanı QHT-nin sədri dərman bazarında son vaxtlar əmələ gələn Dərman defisiti haqqındada danışdı: "Dərman defisiti biznesdən çəkinənvə yeni dərman partiyaları gətirməyənlərlə bağlıdır. Yəni ölkənin tibbsahəsinə lazım olan dərmanlar gətirilmir və bu da bazarda dərman defisitiyaradan amildir. Dərman defisitinin mənfi təsiri ondan ibarətdir ki, çamadandadərman gətirib satılması, həkimlərin öz dərmanlarını xəstələrə verməsi, vəyaxud saxta dərman satılması halları baş alacaq. Yaxın gələcəkdə bu cür vəziyyətinyaranması qaçılmazdır. Lakin Azərbaycan höküməti bu sahədə müəyyən işlər aparırvə ümid edirik ki, yaxın gələcəkdə defisitin qarşısı alınacaq”.

Rüfət Soltan