İşğaldan azad olunmuş ərazilərə köçürülənlərin sayı AÇIQLANDI
Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkün işğaldan azad olunmuş ərazilərə köçürülüb.
Adalet.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanada nümayəndə heyəti ilə görüşdə deyib.
Qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizin üzləşdiyi qaçqınlıq və məcburi köçkünlük problemi, onun həlli istiqamətində həyata keçirilən tədbirlər, dövlət komitəsinin fəaliyyət istiqamətləri, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yaranan reallıqlar, Böyük Qayıdış proqramı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin sosial siyasətində qaçqınlara və məcburi köçkünlərə dəstək və qayğı xüsusi yer tutur, Birinci vitse-prezident Mehriban Əliyeva onların yaşayış şəraitinin yaxşılaşdırılmasını, təhsil, sağlamlıq, mədəni inkişaf məsələlərinin həllini daim diqqətdə saxlayır.
Bildirilib ki, beynəlxalq hüququn prinsiplərinə əsasən, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının həyata keçirilməsi hazırda dövlətin qarşısında duran mühüm vəzifədir. 30 ilə yaxın müddətdə işğal altında qalmış və yaşayış məntəqələrinin əksəriyyəti tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri aparılır. İrimiqyaslı layihələrin icrası soydaşlarımızın doğma yurdlarında dayanıqlı məskunlaşmasına imkan yaradır. Böyük Qayıdış proqramı çərçivəsində bu günədək 2000-dən çox məcburi köçkünün Zəngilanda, Laçında, Füzulidə və Tərtərdə bərpa edilən və ya yeni salınan yaşayış məntəqələrində məskunlaşdırılması təmin edilib. Onların köçürülməsi Dövlət Komitəsi tərəfindən icra olunur. Diqqətə çatdırılıb ki, aparılan sorğuların nəticəsinə əsasən, məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurda qayıtmaq əzmindədir.
Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya verilən ətraflı məlumatlara görə təşəkkür edib. Bildirib ki, Kanada da qaçqınlara dəstək olan ölkədir, əsasən, Asiya və Afrikadan gələn qaçqınlar qəbul edilir. Çandra Arya Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün çox yaxşı imkanlar yaradıldığını, bunun dövlətin məcburi köçkünlərə diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb. Qeyd edib ki, onların sülh şəraitində doğma yurdlarına qayıdışı mühüm hadisədir.
Görüşdə Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyatının direktoru Ron İst və Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva da iştirak edib.
Sonra qonaqların çoxsaylı sualları cavablandırılıb.
Səfər çərçivəsində qonaqların işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulub.
Digər Xəbərlər
11 Iyul 2026 18:53
"101 yaş istəyirəm səndən" - Sakinlərlə Prezidentin maraqlı dialoqu + YENİLƏNİB
11 Iyul 2026 17:42
Dövlət başçısı Xocavəndin Quzeyxırman kəndində olub - FOTOLAR
11 Iyul 2026 17:12
Şuşanın Qarabağ küçəsindən FOTOLAR
11 Iyul 2026 12:25
Bakıda növbəti daxili iməcilik keçirilib
10 Iyul 2026 17:44
34 ildən sonra taxıl biçini aparılır
10 Iyul 2026 16:56
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
10 Iyul 2026 15:21
Azərbaycanda balıqçılıq sahəsi yeni qanunla tənzimlənəcək
10 Iyul 2026 15:17


Bakı -°C

