"İsa Qəmbər gələn kimi 6 nəfəri güllələdi" - Siyavuş Novruzov

"İsa Qəmbərov gələn kimi 6 nəfəri güllələmişdi. Bütün iş bitmişdi, bir o 6 nəfərin güllələnməyi qalmışdı. Heydər Əliyev gələndə humanist addım ataraq amnistiya aktı qəbul etdi. Onlarla insan azadlığa çıxdı, ailəsinə qovuşdu”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Nəzərə çatdırıb ki, indiyə qədər 13 amnitsiya aktı, 70-dən artıq əfv sərəncamı imzalanıb.
S.Novruzov təklif edib ki, parlament Respublika Gününə qədər amnistiya aktı hazırlayıb təqdim etsin:
“Düzdür, əfvlər var, amma amnistiya daha geniş əhatəyə şamil olunur. Xüsusən də, Qarabağ müharibələrində iştirak edib, Vətən uğrunda döyüşüb, lakin sonradan hansısa səhvlər edib hazırda həbsxanada olanlar var. Belə bir qərarın qəbul edilməsi vətəndaşları sevindirəcək”.
Nicat Novruzoğlu
Digər Xəbərlər

BƏƏ Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Ölkələrin uğuru müstəqil siyasi iradədən daha çox asılıdır

İlham Əliyevdən 5 milyon manatlıq SƏRƏNCAM

Onlara Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İlham Əliyev Zirvə Toplantısının iştirakçılarına müraciət etdi

Əli Əsədov Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə görüşdü

Milli Məclisin "Konstitusiya və Suverenlik İli” ilə əlaqədar bəyanatı qəbul edilib
