adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 15:22
1811
ELM VƏ TƏHSİL

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Sabahdan...

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, müsabiqə üzrə elektron ərizələrin qəbulu 2-8 aprel tarixlərində keçiriləcək.

    Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

    Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.