adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2016 16:40
22277
MƏMLƏKƏT

“İrşad”dan “zəmanət”li FIRILDAQ

Bakıda fəaliyyət göstərən böyük telefonmağazalarında baş verən hadisələrin üzdə görünəni gündəlik alış-satış, müştərixidmətləri, telefon aldım, telefon satdım, telefonumu təmirə verdim kimi gündəlikprosesləri əhatə edir. Telefonu aldınız və müəyyən məbləğdə pul ödədiniz və oartıq sizdədir. Bir müddət əvvəlaldığınız telefon "falşifka” çıxarsa və ya sizdən asılı olmayan səbəblərdən(proqram təchizatı) xarab olarsa onu zəmanət kartınız hesabına pulsuz-parasız bərpaetdirə bilərsiniz. Bəs İrşad telekomda necə, bu mümkündürmü? Və ya sualı dahada genişləndirək: Azərbaycanda bir çox telefon mağazaları ilə əməkdaşlıq edənservis mərkəzləri birbaşa sizin telefonunuza cavabdehlik daşıyır, lakin bu məsuliyyətdəngöz görə-görə imtina edirsə, onda İrşadın və ya qeyri-irşadın burada qəbahəti nələrdənibarətdir?

İrşad telekomun bir müddət əvvəlki kreditrüsvayçılığından isə yəqin ki xəbəriniz var.

Bu mağazalar şəbəkəsində baş verən İŞBAZLIQ artıqneçə ildir ki, mətbuatda işıqlanır və əhalinin çox hissəsi bu barədə kifayət qədərməlumatlanıb. Lakin təəssüf ki, hələ də bu mağazalar şəbəkəsindənyararlanmaq istəyənlər var. Əslində isə yararlanmaq arzusu ilə zərərçəkən müştərilərsaysız-hesabsızdır.

Mən də bir neçə ay əvvəl bir səhvə yol verib həminmağazadan bir telefon markası götürdüm. 6 aylıq fəaliyyətindən sonra markanınproqram təchizatında yaranan səbəbsiz problemdən dolayı telefonun işə düşmədiyinigördüm. Bir illik zəmanət kartımın bitmədiyini nəzərə alıb birbaşa yollandımsözü gedən mağazaya. 28 may metrosu yaxınlığında yerləşən obyektlərində mənidinləmədən birbaşa yaxınlıqda təxminən 500 metr kənarda yerləşən servis mərkəzlərinəyolladılar. Beləliklə yayın isti vaxtında yollandım sözügedən məkana. Burada Səbinəadlı işçi xanım və yanında iki nəfər "padruqa"sı ilə onun-bunun qeybətini edirdilər.Bu məsul şəxslərin qeybətlərini dinləmək həvəsində deyildim. Məcbur olub söhbətləriniyarımçıq kəsdim.

Xanımlardan biri mənə aparatdan növbə kağızınıçıxarmağa və gözləməli olduğumu söylədi. Deyiləni edib öz növbəmi gözlədim.Daha sonra başıma gələn kiçik bir olay təxminən 1 saata yaxın vaxt itkimin boşaçıxdığını mənə göstərdi. Zərbə N1.Telefon markama baxıb mənə Sahil metrosu yaxınlığında yerləşən digər birservis Mərkəzinə göndərdilər. Mədəni şəkildə ifadə etsək: Məni başlarından eləyiböz qeybətlərini davam etdirmək üçün tələsirdilər. Xülasə, mən yollandım Səbailrayonunda yerləşən Bül-Bül pr. Ev-2 ünvanında yerləşən Mərkəzə. Elə ilk müştərigözümün önündə buranın işçi xanımı ilə az qalsın saçyoldusuna çıxacaqdı. Səbəbisə müştəri xanımın bir müddət əvvəl telefonunu servisə qoyub getməsi və başınagələn xoşagəlməs hadisədən sonra yenidən qayıdıb telefonunu tələb etməsiolmuşdu. Aralarında keçən qısa dialoqdan belə başa düşdüm ki, xanım müştərini 5ay əvvəl İrşad telekomdan telefonunda texniki nasazlıq yarandığına görə mərkəzəgöndəriblər, həmin xanım da telefonunu onlara verib və deyib ki, əməliyyatolunacaq və bir müddət sonra gəlib telefonu götürəcək. Vədə çatdı, indi isəşahidi olduğum mənzərədə servis mərkəzinin işçiləri müştəri xanımdan soruşurlarki, sizin telefonunuz hanı? Burada lap "Yol əhvalatı” filmindəki səhnə yadımadüşdü: "Qoyunlar hanı?”

"-Mələdi qoyunlar...”

Qərəzli müştəri gedəndən sonra növbə mənə çatdı vəzəmanət kağızıma baxıb dedilər ki, sizi buraya nahaqdan göndəriblər, bizdə bu zəmanətqəbul edilmir. Yenidən istinin günorta vaxtında qayıtdım ilk getdiyim servis mərkəzinə.Əhvalatı uzadıb başınızı ağrıtmaq istəmirəm. Qısası onu deyə bilərəm ki, bu işlərinaxırında özüm də daxil şahid olduğum bir neçə müştəri "Zəmanət”li fırıldağınheç nədən qurbanına çevrildi və telefonumu necə vermişdimsə, elə də alıb geriqayıtdım.

Bir neçə ay əvvəl İrşaddan mobil telefon alan Bakısakini Xalid Orucovun Sevis Mərkəzindənövbə gözləyərkən söhbətə tutdum. Deyir bir dəfə telefonumu vermişdim dedilər15 gün ərzində bərpa olunub geri təhvilveriləcək, iki həftədən sonra telefonumu geri alanda gördüm ki, üstündə heç biriş görməyiblər, elə necə vermişdimsə elə də almışam. İndi gəlmişəm bununhaqq-hesabını aparmağa. Hər şeydən əlavə bu müştəriyə qarşı edilmiş hörmətsizlikvə haqsızlıqdır.

Şikayətçinin dediyinə görə, o "İrşad" mağazalar şəbəkəsininaldatdığı ilk müştəri deyil. Mağaza bu vaxta qədər onlarla, bəlkə də yüzlərləmüştərini aldadaraq onlara Müxtəlif firmaların saxta mallarını satıb, müştərilərialdadıb. Nəticədə yüzlərlə Azərbaycan istehlakçısına ziyan dəyib. Məlum olubki, "İrşad" mağazalar şəbəkəsi Azərbaycanda bu cür çirkin işlərlə məşğuldur.Keyfiyyətsiz mallarını müştərilərə "sırıyıb” onubir illik zəmanət talonu ilə bəzəyirlər ki, daha cəlbedici olsun və s. Əslindəelə bu cür dar günlərdə görürsən ki, bunuheç bir xeyri dəymir. İrşad Telekom və onun kimi onlarla telefonmağazaları Bakıda birbaşa maxinasiya vəziyyəti yaradıb, müştərilərin cibini talayırlar.

İqtisadiyyatın biznesqanunauyğunluğunda belə bir anlayış var: Bir biznesmen və ya ticarətçinin 3-cü əlivar ki, iki əli ilə özü üçün işlədiyi halda 3-cü əli ilə birbaşa istehsalçıya vəya müştəri üçün işləmiş olur. Amma görünür Azərbaycanda fəaliyyət göstərənmağazalarda hər üç əlin üçü də birbaşa sahibkarlara işləyir.

Beləliklə bir vaxtlar "kredit fırıldağı” adı iləgündəmə düşən "İrşad telekom” və onun sədəfləri indi gündəmdə "zəmanət”fırıldağı ilə yaddaşlarda qalacaqlar.

Hadisənin dərin şahidi və iştirakçısı qismində olanmüştərilər sözügedən mağazalar şəbəkəsindəmobil telefon və digər cihazların alınmasını məsləhət görmədiklərini söyləyiblər, hətta onların baykot edilməsinə çağırıblar.Sizi yeni modellərin füsunkarlığı aldatmasın, vur-tut 3-4 ay işlətdikdən sonrahər şeyin keyfiyyətinə bələd olacaqsınız, amma onda sizin üçün gec olacaq...

Mövzunu diqqətdə saxlayacağıq.

Rüfət Soltan