İrlandiya Ukraynaya əlavə 125 milyon avro yardım ayıracaq
Dublin Ukraynaya dəstək üçün əlavə 125 milyon avro ayıracaq.
Adalet.az xəbər verir ki, bu barədə İrlandiya hökumətinin dərc etdiyi “Ukrayna-İrlandiya Tərəfdaşlığının Yol Xəritəsi 2030” adlı sənəddə deyilir.
Sənədə görə, Kiyevə qeyri-öldürücü hərbi yardım göstərmək üçün əlavə 100 milyon avro ayrılacaq. Bu bənd üzrə ümumi maliyyələşdirmə, artıq verilmiş vəsaitlər nəzərə alınmaqla, 2025-ci ilin sonunda 200 milyon avroya çatacaq. 25 milyon avro isə Ukraynanın enerji infrastrukturunun bərpası və qorunmasına və kritik elektrik enerjisi təchizatının təmin edilməsinə ayrılacaq.
Digər Xəbərlər
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06
"Ermənistan tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcək" - Paşinyan
01 Aprel 2026 18:51


Bakı -°C

