İrina Viner Mehriban Əliyevanı təbrik etdi
Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik məktubu yollayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Birinci vitse-prezident.
Sizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən və müqəddəs Ramazan ayının başa çatmasının rəmzi olan bu əlamətdar bayram İslam aləmində ən çox ehtiram göstərilən bayramlardan biri kimi insanları mənəvi kamilliyə, şəfqət və mərhəmətə səsləyir.
Müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığa töhfə verərək insanları birləşdirən bu bayram millətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və mədəni müxtəlifliyə hörmətin artırılması baxımından mühüm rola malikdir. Siz bu dəyərləri dövlətçilik fəaliyyətinizdə daim rəhbər tutursunuz.
İdmanın inkişafı, vətəndaşların rifahının yaxşılaşdırılması və sabitliyin qorunub saxlanılması istiqamətində gördüyünüz işlər dərin rəğbət və heyranlıq doğurur. Sizin öz fəaliyyətinizlə göstərdiyiniz sədaqət və liderlik nümunəsi Azərbaycan Respublikasının firavanlığına və inkişafına töhfə verir.
Bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı, mühüm dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, ölkənizə davamlı tərəqqi və əmin-amanlıq diləyirəm".
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

