16 May 2024 10:38
432
GÜNDƏM

"İrəvandakı etiraz aksiyası niyə Tbilisidəkinin səviyyəsinə qalxa bilmədi?" - Alimdən açıqlama  

Rusiyanın ən yaxşı agentlərindən biri erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş keşişi Baqrat Qalstanyanın başlatdığı aksiya artıq 10 gündən də artıqdır davam edir. Delimitasiyaya etiraz olaraq Azərbaycanla sərhəddən İrəvana doğru başlayan yürüşə müxalifətlə yanaşı hətta bəzi iqtidaryönlü dövlət qulluqçularını partiya və təşkilat rəhbərlərini də cəlb edə bildi.

Artıq bir neçə gündür paytaxt İrəvanda etiraz aksiyaları, tələbələrin tətili, itaətsizliyi də Baqratın başlatdığı aksiyanı genişləndirib. Bununla, hazırkı baş nazir N.Paşinyanı öz vəzifəsindən istefaya məcbur etmək niyyətilə aksiyanı sürdürəcəyini elan edib.
Belə bir kritik zamanda Erməni keşiş mitinq və küçə yürüşlərinə fasilə vermək məcburiyyətində qalıb. Kütləvilik alınmadı. Ekspertlər mitinqlərin müvəqqəti dayandırılmasına , kütləviliyin alınmamasına səbəb olan müxtəlif faktlar gətirsə də, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin mövzu ilə bağlı fikirləri tam başqadır.
Adalet.az -ın suallarını cavablandıran alim bildirir ki, kütləviliyin olmamasının, Gürcüstandakı kimi xalqın bir nəfər kimi ayağa qalxıb mübarizəyə qoşulmamamının əsas səbəbi başqadır:" Ermənilər boyunlarına almasalar belə dəqiq bilirlər ki, əslində adını dəyişib erməniləşdirdiyi bütüm ərazilər qədim Azərbaycan torpaqları olub. Ermənistan arxivləri neçə gündür, delimitasiya gedən ərazilərin Azərbaycan ərazisi olduğunu təsdiq edir. Bunu nəinki erməni tarixçiləri, siyasətçiləri hətta heç ali təhsil almayan adi ermənilər də bilir. Ermənistanın ən kiçik bir ərazisində "qədim erməni torpağı" olduğunu təsdiq edən sənəd yoxdur. Misal üçün Başkəndlə bağlı sənədə baxaq.

Ermənistanın Dövlət arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbətdə biz Azərbaycan yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərsək idik , qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərinin arxivindən istinad veririk ki, hay küy salmasınlar. Həmin sənədlərdə bütün Azərbaycan-Ermənistan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının sərhədləri dəqiq birgə komissiya tərəfindən müəyyən edilib. Ermənistana və Gürcüstana pay kimi, sənədsiz və rəsmi qərarsız verilən ərazilərin də adları çəkilir."
Z.Əliyev vurğuladı ki, əslində ermənilər nə qədər yalançı və hay-küyçü olsalarda bu yalanlar və hay-küy arxiv sənədlərinin, faktların, sübutların qarşısında bir gün yorulmağa və susmağa məhkumdur:" Uzun sözün qısası, artıq ermənilər də anlayır ki, Azərbaycana nə qədər böhtan atılsa da, onu "işğalçı" deyə çağırsalarda, bu ancaq Ermənistanda keçərli olacaq.

Necə ki, "artsax" uğrunda da eyni hərəkətləri edirdilər. Amma dünyanın nəhəng gücləri, dünyanın nizam-intizamından məsul olan dövlətlər sənədlərə, faktlara, arxivlərə istinad edərək Azərbaycanın haqq işini dəstəklədilər. Ermənilər gerçəyi bilir və yalan uğrunda özünü fəda etmək, vaxt itirmək istəmirlər. Zənnimcə, Ermənistanda başladılan aksiyalar Gürcüstandakı etiraz aksiyaları səviyyəsinə ona görə qalxa bilmədi ki, mübarizənin kökündə böyük bir yalanı hamı görür"
Qeyd edək ki, İrəvanda revanşistlərin keşiş Baqratın rəhbərliyi altında delimitasiyaya qarşı keçirdiyi aksiyaya gələn Ermənistanın sabiq baş naziri Qrant Baqratyan iddia edib ki, Tavuş vilayətində Azərbaycana 4 deyil, 6 kənd qaytarılıb. O, deyib ki, hətta Paşinyanın istefasına nail olmaq olsa belə, orada nəyisə dəyişmək çətin olacaq, çünki artıq yerdə proses tamamlanıb.


Əntiqə Rəşid