İrəvanda atanın, Xankəndidə oğulun konserti: Plaçido Dominqoların ermənipərəsliyi
Tanınmış ispan tenor, opera müğənnisi Plaçido Dominqo Ermənistan Filarmonik Orkestri ilə solo konsert verəcək.
Adalet.az xəbər verir ki, Ermənistan Milli Filarmoniya Orkestri 99-cu konsert mövsümünü 16-cı Yerevan Beynəlxalq Musiqi Festivalı ilə açır. Festival bu gün sentyabrın 12-də başlanır.
Oktyabrın 30-da isə bağlanması nəzərdə tutulub. Sonuncu dəfə məşhur müğənni 2022 -ci ildə İrəvanda olub və konsert proqramı ilə çıxış edib.
83 yaşlı müğənninin festivalda nə oxuyacağı məni maraqlandırmasa da, onun oğlu kiçik ləqəbi ilə tanınan Plaçido Dominqo Azərbaycanın “qara siyahısına” hələ 2013-cü ildə düşmüşdü.
Bəli, məşhur müğənni kiçik Placido Domingo 2013-cü il 17 noyabrda Xankəndidə konsert proqramı ilə çıxış edib. O, tenor Placido Domingonun böyük oğludur. Kiçik Placido Domingonun Qarabağda üçgünlük səfərini "Mezzo Production" şirkəti təşkil etmişdi.
O İşğaldakı Şuşada rəsm qalereyasında, Mədəniyyət Mərkəzində, xalça muzeyində də oldu. Məlumatda deyilirdi ki, Domingo yeni salınan Sülh Xiyabanında ilk küknar ağacını əkib... Səfərdən Yerevana dönən müğənni Aram Xaçaturyan adına konsert sarayında Ermənistan Dövlət Gənclər Orkestrinin müşayiəti ilə çıxış etdi.
Əntiqə Rəşid