adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Noyabr 2019 16:08
17557
MƏMLƏKƏT

“İrəli” İB-nin “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyası Azərbaycanda geniş vüsət alıb

"İrəli” İctimai BirliyiDövlət Bayraq Gününə həsr olunan "Üçrəngli Bayrağın KölgəsindəMən” adlı aksiyaya start verib. Birliyin sədri MirHəsən Seyidov aksiyahaqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ölkə başçısı hər zamançıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvərruhda yetişməlidir. Sədr onu da qeyd edib ki, Azərbaycanın üçrəngli dövlətbayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğiböyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gənci müsair texnologiyalardan vəvasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsalplatforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır. Biz də "İrəli”komandası olaraq "Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik vəaksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycanbayrağının altında toplaşmağa səsləməkdir.

6 gündür ki, başlayanaksiyaya Azərbaycan Respublikasının müxtəlif regionlarının Gənclər və İdmanİdarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri,xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları,Olimpiya İdman Kompleksləri, "İrəli” İctimai Birliyinin gəncləri və aktiv üzvləri, müxtəlif idman federasiyaları, Mətbuat orqanları, Ali təhsil müəssisələri, özəl və dövlətqurumları, nazirliklər qoşulub.

Birlik aksiyayaqoşularaq dəstək olmaq istəyən dostları "Siz də öz eyvanınıza dövlətbayrağımızı asaraq bizə qoşulun! Şanlı bayrağın şəkillərini öz şəxsi profillərinizdə#bayraqmenliyimdirhəştəqiilə paylaşmağı və səhifəmizin mesaj qutusuna göndərməyi unutmayın!”-deyə, səsləyib.

Qeyd edək ki, "İrəli”İctimai Birliyi ənənəvi olaraq əlamətdar günlərə həsr olunan tədbirlər həyatakeçirir.