adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Sentyabr 2018 18:46
11401
DÜNYA

İraqdakı etirazlarda 7 nəfər ölüb

İraqın cənubundakı neftlə zəngin Bəsrə bölgəsində uzun müddətdir davam edən işsizlik, elektrik və içməli su problemi, həmçinin hökumətin pis sosial siyasəti və dövlət xidmətinin zəifliyi səbəbindən keçirilən kütləvi etiraz aksiyalarında 7 nəfər ölüb, 40-ı isə yaralanıb.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyulda qısa müddət ərzindəİraqın iri şəhərlərini bürüyən, hətta paytaxt Bağdadı da əhatə edən etirazlar bir qədər səngisə də, dünəndən etibarən yenidən alovlanıb.

Aksiyaların bərpasına başlıca səbəb isə ötən günİraqpolisinin odlu silahdan atəş açaraq dinc nümayişçilərdən birini öldürməsidir. Bundan qəzəblənən bəsrəlilər inzibati binalara hücum edib, bir neçəsini yandırıb. Polisin güc tətbiq etməklə müdaxiləsi nəticəsində 7 etirazçı ölüb.

Hazırda Bəsrədə fövqəladə vəziyyət elan edilib və insanların küçələrə çıxmasına qadağa qoyulub.