adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 May 2018 17:56
19374
DÜNYA

İraqda daha üç azərbaycanlı qadına ömürlük cəza kəsildi

İraqda daha üç azərbaycanlı qadına hökm oxunub.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,İraqMərkəzi Cinayət Məhkəməsinin hökmü ilə Azərbaycandan olan qadınlarla bərabər, Türkiyədən olan üç, Özbəkistandan olan bir vəSuriyadan olan bir qadın ömürlük azadlıqdan məhrum edilib.

Həmin qadınlar "İŞİD” terror təşkilatı ilə əməkdaşlıqda təqsirli biliniblər.

Qeyd edək ki, bir müddət əvvəlİraqda 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edilib.