İranın DİN rəhbəri etirazçıları həbslə HƏDƏLƏDİ
İranda sabitliyi pozmaq məqsədi daşıyan şəxslər məsuliyyətə cəlb ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi bildirib.
"Biz İslam hüquq normalarına riayət etməklə iğtişaşlara qarşı mübarizəni davam etdirəcəyik və vətəndaşların hüquqlarını qoruyacağıq. Dövlət qurumlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən bütün iğtişaşçılar məsuliyyətə cəlb olunacaqlar", - nazir deyib.
İranlı nazir polis bölməsində ürək tutmasından dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin işi üzrə aparılan istintaqın nəticələrini təqdim edib. O deyib ki, tibbi rəyə əsasən, qız döyülməyib və kəllə sümüyünün sınığı aşkar edilməyib.
Digər Xəbərlər
12 Sentyabr 2026 18:00
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
12 Sentyabr 2026 16:55
Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirib
12 Sentyabr 2026 15:46
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
12 Sentyabr 2026 15:33


Bakı -°C

