İrandan raket xəbərinə reaksiya
Rəsmi Tehran Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərinin İrana düşməsi barədə xəbərlərə dair hər-hansı məlumata malik olmadığını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə "RİA Novosti” İranın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Rusiya raketlərinin İrana düşməsinə dair bizdə heç bir məlumat yoxdur”, deyə nazirlikdən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov CNN telekanalının Rusiya raketlərinin İrana düşməsi barədə yaydığı xəbəri təkzib edib. "CNN-dən fərqli olaraq biz anonim mənbələrə istinadən məlumat vermirik, biz real vaxt rejimində raketlərin buraxılışını və onların hədəfləri necə vurduğunu göstəririk”, deyə Konaşenkov bildirib.
Pentaqon da, öz növbəsində, Rusiya raketlərinin İrana düşməsi xəbərini təsdiqləməyib.
Qeyd edək ki, CNN Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə atılan Rusiya raketlərindən dördünün İrana düşməsi barədə xəbər yayıb.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29