İrandan keçən Bakı-Naxçıvan reysləri DAYANDIRDI
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Bu barədə Adalet.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır.
Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Məlumatda həmçinin qeyd olunub ki, yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək.
Digər Xəbərlər
28 Fevral 2026 15:11
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
28 Fevral 2026 14:00
FHN Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirdi - VİDEO
28 Fevral 2026 13:43
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı
28 Fevral 2026 12:04
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırdı
28 Fevral 2026 11:03
Paytaxt Bakıdan köçürülsün, hündür binaların tikintisi qadağan olunsun - TƏKLİF
28 Fevral 2026 10:50
Sürücülərin NƏZƏRİNƏ!
28 Fevral 2026 09:55
"Oruc tutan şəxs mübahisə etməkdən çəkinməlidir" - Deputat
28 Fevral 2026 00:10


Bakı -°C

