adalet.az header logo
  • Bakı -°C
25 May 2023 11:27
735
KRİMİNAL
A- A+

İrandan Azərbaycana 13 kq narkotik keçirmək istədilər

May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri - Şirbəyov Şamo Faiq oğlu və Şirbəyli İlyas Rahib oğlu tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Adalet.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.