adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Fevral 2020 11:20
9397
MƏMLƏKƏT

İrandakı zəlzələ Naxçıvanda da hiss edilib

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.