İranda qızlar məktəbində hava zərbələri nəticəsində 40 nəfər ölüb
İranın Körfəz sahilindəki Bəndər Abbas limanı yaxınlığındakı Minab şəhəri ABŞ bombardmanına məruz qalıb.
Adalet.az İRNA agentliyinə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 40 nəfər ölüb, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Şəhər merinin verdiyi məlumata görə, ibtidai məktəb də raket zərbəsinə məruz qalıb və şagirdlər arasında da ölənlər var. Hələlik neçə şagirdin ölməsi məlum deyil. Hadisə yerində çalışan fövqəladə hallar üzrə komissiyanın əməkdaşları dağıntılar arasında qalan şagirdləri xilas edirlər. Bu məktəbdə 170 şagird təhsil alır.
İran mətbuatının xəbərinə görə, Bəndər Abbas limanında İranın dəniz nəqliyyatı üçün infrastrukturu var. ABŞ məhz buna görə limanı və onun yaxınlığındakı obyektləri hədəf alıb.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

