adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Sentyabr 2019 11:30
25177
DÜNYA

İran və Səudiyyə Ərəbistanı arasında müharibə baş verərsə... - Kral Salmandan açıqlama

Səudiyyə Ərəbistanının vəliəhdi kral Məhəmməd binSalman Amerikanın CBS kanalının "60 minutes” proqramında açıqlamalarıyla diqqətçəkib. Salman neft qiymətlərinin artmasına səbəb kimi İranı göstərib və neftin qiymətininbundan sonra da xəyal edilə bilməyəcək rəqəmlərə çatacağını vurğulayıb. Keçənil İstanbulda öldürülən jurnalist Cemal Kaşıkçının cinayətinin məsuliyyətini ölkəninlideri olaraq bir daha üstünə götürüb.

Adalet.az xəbər verir ki, Salman cinayətin əmrini vermədiyini qətiyyətlətəsdiqləyib. Cinayət Səudiyyə Ərəbistanı höküməti üçün işləyən adamlartərəfindən törədildiyi üçün məsuliyyəti boynuna götürüb. O deyib ki, "bu birxəta idi, gələcəkdə belə bir şeyin təkrarən baş verməməs üçün lazım olan bütünaddımları atmalıyam”.

Vəliəhd Salman Səudiyyə Ərəbistanına məxsus neftmədənlərinə olan hücumda İranı günahkar bilir.

"İran və Səudiyyə Ərəbistanı arasında savaş başverərsə qlobal iqtisadiyyat çökər, ona görə də siyasi və sülhsevər bir həllinmüharibədən daha yaxşıdır” deyə kral Salman qeyd edib.