İran və Azərbaycan torpaqlarından birgə istifadə ediləcək
Azərbaycan-İran Hökumətlərarası Komissiyasının XIII iclasında kənd təsərrüfatı sahəsində torpaqların müştərək istifadə olunması barədə razılıq əldə olunub.
Bunu Bakıda jurnalistlərə açıqlamasında İranın iqtisadi işlər və maliyyə məsələləri üzrə naziri Fərhad Dejpəsənd deyib.
Nazir bildirib ki, ikitərəfli ticari, iqtisadi əlaqələrin genişləndirilməsində əsas məqamlardan biri müştərək şirkətlərin qurulmasıdır: "Bununla bağlı müəyyən razılıqlar əldə etmişik. Hazırda müştərək layihələrimiz icra olunmaqdadır. Bu layihələrin bəziləri maneələrlə üzləşib. Bunun aradan qaldırılması üçün lazımi qərarlar verilib. Həmin layihələrin icrası davam etdiriləcək. Eləcə də dəmiryolu xəttinin çəkilməsi, enerji sahəsində Xudafərin, Qız Qalası hidroqovşaqların təkmilləşdirilməsi məsələsi müzakirə olunub. Bunun üçün müəyyən qərarlar qəbul edilib".(azvision.az)
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19