adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 May 2020 10:08
102814
SİYASƏT

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi...

Son günlər Azərbaycanın gündəmini məşğul edən və verilənacıqlamalara baxmayaraq vətəndaşlarımızın narahatcılığını tam ortadanqaldırmayan "İranın tikdirdiyi körpülər”” mövzusudur. Düzünü deyim bu mövzuya hərəbir baxış nöqtəsindən baxdığı ücün mən calışdım tam ədalətli bir nöqtədənbaxım.. Bu baxışa nə hökümət, nə də müxalifət diqtəsi görməməyinizi sizdənxahiş edirəm.


İranın məhəbbətdən nifrətə cevrilən münasibətinin pərdəarxası


İran və Azərbaycan- rəsmilər dönə-dönə qeyd edirlərki, bu iki ölkə arasında dostluq və qardaşlığa, ortaq dini, mədəni və tarixibağlara əsaslanan əlaqələr gündən-günə inkişaf edir, əbədidir və hazırda ənyüksək səviyyədədir. Amma xalq olaraq bunun tam əksini qeyri rəsmi şəkildə görməkdəyik.Məsələnin kökünə varmaq ücün bir balaca tarixi geri cevirək.

Ötən il İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cuil inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycana qarşı əraziiddiaları ilə çıxış etdi. O iddia etdi ki, 1828-ci ildə bağlanmış Türkmənçaymüqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisininəzərdə tutur) itirib. Ruhani bəyan etmişdi ki, son 205 ildə İranın şimalda vəQafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründəölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndənqoparıblar. Ruhaninin bu fikirləri həm Güney, həm də Quzey Azərbaycandaetirazla qarşılandı.

Azərbaycan hökümətindən "nota- etiraz” cavabı almayanRuhani həmin vaxtlarda Oqtay Əsədovu qəbul edir və onun yanında deyir ki,Dağlıq Qarabağ münaqişəsi xalqların öz hüquqlarını qoruması çərçivəsində həllolunmalıdır. Sizcə, məsələyə bu şəkildə yanaşma məhz Ermənistana sərf etmirmi?.

Əgər İran Azərbaycana "dostluq və qardaşlığa, ortaqdini, mədəni və tarixi bağlara” görə hörmət qoysaydı və yaxud Azərbaycan tərəfindənİrana qarşı ləyaqətli cavab verilsəydi, İran bəzi məsələləri müəyyən qədər nəzərəalardı.

Xatırlatma: 2009-cu ildə İran300 milyon dollar vəsait ayırdı ki, Ermənistan Mehri SES-i tiksin. O zamanlarABŞ-ın İrana sanksiyaları da qüvvədə idi. Buna görə erməni bankları İranın hədiyyəetdiyi 300 milyon dolları götürə bilmədilər. O zaman Mahmud Əhmədinejadbildirdi ki, pulu kisə ilə göndərəcək.

Mövcud vəziyyətdə İrana qarşısanksiyalar çətinləşsə də İran indi də bildirir ki, Şimal-Cənub dəmir yolu dəhliziniErmənistanın ərazisindən keçirəcək.


Axı İran niyə bizə bu qədər qəzəblidir?


1981-ci ilin noyabrında İran Məclissədri Haşimi-Rəfsəncani, Azərbaycanın SSRİ-dən ayrılacağı təqdirdə müstəqilliyinirəsmi olaraq tanıyacaqlarını söyləmişdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetinsessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbuledilib.Bundan cəmi 2 ay sonra İran – (25 dekabr 1991) bu müstəqilliyi rəsmi şəkildətanıdı. Cünki, Azərbaycan nə qədər ki Rusiyanın əhatə dairəsindən uzaq olsa buİrana daha cox sərf edəcəkdi.Ərazicə kicik, əsarətdən yenicə cıxmış Azərbaycandaarzu və istəklərini daha tez qoparacağını umurdu.

Amma 1990-cı illərdə hakimiyyətəgələn Azərbaycan Xalq Cəbhəsi İrana qarşı aqressiv mövqe sərgilədi. Bunun əsassəbəbi isə AXC-nin türkçü olması idi. Buna görə də Türkiyəyə meyllilik özünüaçıq-aşkar göstərdi. O dövrdə AXC funksionerləri İranı şovinistlikdə təqsirləndirdi.Yəni İran- Azərbaycan yaxınlaşması alınmadı.


İranın Azərbaycana "yardımı” və"sevgisi”


Yenə yadınıza salım: 1992-ciil Azərbaycan üçün hərbi uğursuzluqlarla başladı. Xocalı qətliamı nəticəsindəmüxalifətin təzyiqi ilə Ayaz Mütəllibov istefa verdi. Onu bu vəzifədə AzərbaycanAli Sovetinin sədri Yaqub Məmmədov əvəzlədi. Yaqub Məmmədov da, Ayaz Mütəllibovkimi Dağlıq Qarabağ məsələsində Rusiya meylli siyasət tərəfdarı idi. 1992-ciilin martında İran, şimal sərhədlərində sülh və əmin-amanlıqda maraqlı olan birölkə olaraq vasitəçilik təşəbbüsünə əl atdı. İran, Ermənistan və Azərbaycannümayəndə heyətini Tehranda münaqişənin həlli ilə bağlı bəyannamə imzalamağa dəvətetdi. Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov bu təklifə müsbətmünasibət bildirərək may ayında Tehrana səfər etdi. Mayın 8-də erməni silahlıqüvvələri azərbaycanlıların kompakt yaşadığı hərbi strateji əhəmiyyətə malik şəhərolan Şuşanı işğal etdilər. Bu İranın bizə "böyük yardımı” oldu.

1992-ci ildə İran Qarabağmünaqişəsində vasitəçiliklə məşğul olmaq istədi və Azərbaycan bununlarazılaşdı. Halbuki buna görə Azərbaycan cəzalandırıldı və Şuşa işğal olundu.İran sonradan Azərbaycanı müdafiə etmək əvəzinə vasitəçilik missiyasına ləkəsalan dövlətlərlə isti münasibət qurdu. Daha sonra İran, Qubadlı və Cəbrayılınişğalından sonra blokada vəziyyətində qalan Zəngilan əhalisinə Araz çayı vasitəsiilə xilas olmaq imkanı yaratdı və birdə Qacqınlar ücün salınmış cadır şəhərciklərinəərzaq yardımları daşıdılar. Amma ermənilərə silah göndərmək kimi missiyalarınıictimaiyyətdən gizlətdilər.


Sizcə, əsas məsələ bu ola bilərmi?


Bəlkə də də bir coxunuzunyadında olar. 1930-cu illərdə SSRİ ilə İran arasında əldə edilən anlaşmaya görə,Xəzər göl kimi bölünmüşdü və İran Xəzərdə 13 faiz, yəni təxminən 48 min kvadratkilometr paya malik idi. Həmin vaxt İranın həm də Xəzərdə hərbi gəmi saxlamağaicazəsi yox idi. İndi SSRİ yoxdur və İran Sovet İttifaqının varisi Rusiyanın məsələlərəgöz yumması hesabına əlavə olaraq 27 min kvadrat kilometr ərazi istəyində idi.Qazaxıstan, Rusiya və Azərbaycan arasında Xəzər sərhədlərinin delimitasiyası iləbağlı 2003-cü ildə bağlanmış sazişlər nəzərə alındıqda, İranın iddia etdiyiartıq ərazinin yarısını Azərbaycandan qoparmaq istədiyini anlamaq olar. ÇünkiQazaxıstan, Rusiya və Azərbaycan öz dəniz ərazilərini orta xətt üzrə bölüblər.Bu cür bölgüyə əsasən ən böyük ərazi Qazaxıstanın payına düşür. Türkmənistan,Rusiya və Azərbaycan təxminən 20 faiz, İran isə 13 faiz pay ala bilir. Düzdürfarsdilli mediada İran və Sovet İttifaqi arasındakı anlaşmalarda hər iki ölkəninXəzərdə 50 faiz hüquq sahibi olduğu irəli sürülsədə, hazırda Xəzər sahillərinin14 faizi İrana məxsusdur..(2018 -ci il 13 avqust. Xəzər dənizinin hüquqistatusu üquqi statusu haqqında Konvensiya razılaşması ) "50 faiz Xəzər” arzusugözündə qalan İran Azərbaycandan 13,5 min kvadrat kilometr sualtı əraziqoparmaq istəyir ki, bu, Ermənistanın Qarabağda işğal etdiyi Azərbaycantorpaqları qədərdir. Yəni İran Xəzərdə Azərbaycan üçün İkinici Qarabağ işğalıplanlaşdırır. 2018-ci ildə Xəzər dənizinin statusunun müəyyənləşməsinə dairAktau Konvensiyasının imzalanmasına baxmayaraq, Azərbaycan bu gün də İranla susərhədlərində yerləşən Araz-Alov-Şərq neft yataqları kompleksindən istifadə edəbilmir. Buna səbəb həmin yataqlara İranın da iddia etməsidir. Hətta 2001-ci ildəAzərbaycanın prezidenti Heydər Əliyevin Tehrana rəsmi səfəri zamanı İranınsabiq dövlət başçısı Məhəmməd Xatəmi Xəzər dənizini Mazandaran gölüadlandırmışdı. Lakin Heydər Əliyev buna cavab olaraq həmin ərazinin tarixən Xəzərdənizi adlandığını bildirib. 2001-2002-ci illərdə İrana məxsus hərbi təyyarələritez-tez Azərbaycanın hava sərhədlərini pozur, gəmilərdən isə Araz-Alov-Şərqyataqlarına yaxınlaşan neftçiləri atəşə tutulurdu. Yalnız 2002-ci ildə Türkiyəhərbi hava qüvvələrinə məxsus F-17 qırıcılarının dəstək məqsədilə Azərbaycanınsəmasında uçuş keçirməsindən sonra İran avantürist hərəkətlərini dayandırmalıoldu.


Əntiqə Rəşid

(Davamı var)